Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1001; 2008, № 12, maddə 1057; 2010, № 7, maddə 617; 2011, № 1, maddə 21; 2012, № 1, maddə 9, № 12, maddə 1265) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. “Sumqayıt Baş Gömrük İdarəsinin rəisi - gömrük xidməti general-mayoru” abzasından sonra aşağıdakı məzmunda abzaslar əlavə edilsin:
“Aksiz Baş Gömrük İdarəsinin rəisi - gömrük xidməti general-mayoru”;
“Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi - gömrük xidməti general-mayoru”.
2. “Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini - gömrük xidməti general-mayoru” abzasından sonra aşağıdakı məzmunda abzas əlavə edilsin:
“Baş Gömrük Mühafizə Xidmətinin rəisi - gömrük xidməti general-mayoru”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
17 January 2014, 08:0128 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...