Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

 Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №8, I kitab, maddə 583; 2001, №7, maddə 454, №9, maddə 576, №12, maddə 734; 2002, №5, maddə 249, №12,     maddə 707; 2003, №8, maddə 425, №12, I kitab, maddə 671; 2004, №1, maddə 1, №11, maddə 887, №12, maddə 980; 2005, №2, maddə 61, №8, maddə 688, №12, maddə 1081; 2006, №12, maddələr 1005, 1026; 2007, №1, maddə 4, №6, maddə 597, №8, maddə 745, №11, maddə 1053, №12, maddə 1192; 2008, №7, maddə 602, №11, maddə 960; 2009, №7, maddə 506; 2011, №1, maddə 14, №7, maddələr 588, 603, №12, maddə 1115; 2012, №6, maddələr 500, 513, №7, maddə 652, №9, maddə 841, №12, maddə 1226; 2013, №2, maddə 91, №4, maddə 366, №11, maddə 1278, №12, maddələr 1483, 1486, 1495; 2014, №2, maddələr 94, 98) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 198.1.1-ci maddədə “binaların inventarlaşdırılmış dəyərindən” sözləri “binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə)” sözləri ilə və həmin maddənin ikinci abzası aşağıdakı cədvəllə əvəz edilsin:

 

     “

Yaşayış məntəqələri

Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla)

 

 

Bakı

0,4

 

 

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu

0,3

 

 

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri

0,2

 

 

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla)

0,1

 

 

 

 

 

 

”;

 

1.2.  200.1-ci maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır.”;

1.3.  200.2-ci maddədə “dəyərindəki payına” sözləri “sahəsindəki payına” sözləri ilə əvəz edilsin.;

1.4.  206.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“206.3. Bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:

 

 

 

Yaşayış məntəqələri

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla)

 

Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu  torpaqlar (manatla)

 

 

10000 m²- dək olduqda

10000 m²- dən yuxarı olan hissə üçün

10000 m²- dək olduqda

10000 m²–dən yuxarı olan hissə üçün

 

 

Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri

 

10

 

20

 

0,6

 

1,2

 

Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri

8

16

0,5

1,0

 

Digər şəhərlər və rayon mərkəzləri

4

8

0,3

0,6

 

Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər

2

4

0,1

0,2

 

 

 

 

 

 

Maddə 2. Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 iyun 2014-cü il.

 

12 August 2014, 09:08

http://www.azertag.net

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...