“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”  Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364; 2005, № 6, maddə 466; 2006, № 12, maddə 1005; 2007, № 10, maddə 938; 2011, № 3, maddə 162; 2012, № 11, maddə 1051; 2017, № 3, maddə 345; 2019, № 12, maddə 1881; 2020, № 3, maddə 225, № 6, maddə 671; 2021, № 12, maddə 1345; 2022, № 7, maddə 693; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 810-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddənin birinci hissəsinin iyirmi doqquzuncu abzasında “işçi heyəti, texnoloji resursları və” sözləri “provayderə, onun işçi heyətinə, texnoloji resurslarına və fəaliyyət” sözləri ilə əvəz edilsin.

2. 20-2.2-ci maddədə “meyarları” sözü “siyahısı” sözü ilə, “müəyyən edilir” sözləri “səlahiyyətli orqanın təklifləri əsasında təsdiq edilir” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İnformasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya-kommunikasiya şəbəkələrinin sahibləri (istifadəçiləri) kritik informasiya infrastrukturu obyektlərinin müəyyən edilməsi məqsədilə səlahiyyətli orqan tərəfindən sorğu edilən məlumatları həmin orqana 30 gün müddətində təqdim etməlidirlər.”.

3. 20-3-cü maddə üzrə:

3.1. 20-3.2-ci maddənin birinci cümləsində “yerləşdirilir” sözü “yerləşdirilməsi təmin edilir” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsi çıxarılsın;

3.2. 20-3.3-cü maddədə “məlumatı” sözü “məlumatın” sözü ilə, “yerləşdirir” sözü “yerləşdirilməsini təmin edir” sözləri ilə əvəz edilsin;

3.3. aşağıdakı məzmunda 20-3.5-ci maddə əlavə edilsin:

“20-3.5. Kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.”.

4. 20-4-cü maddə üzrə:

4.1. 20-4.2-ci maddədə “yerləşdirilir” sözü “yerləşdirilməsi təmin edilir” sözləri ilə əvəz edilsin;

4.2. 20-4.4-cü maddənin mətni ikinci cümlə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

“Səlahiyyətli orqan kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə bilər.”.

5. 20-5.3.3-cü və 20-5.3.5-ci maddələrdən “boşluqları və” sözləri çıxarılsın.

6. 20-6.4-cü maddəyə “tələblərə” sözündən sonra “dövlət qurumu olmayan” sözləri əlavə edilsin.

7. 20-6.8-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri “səlahiyyətli orqana” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2023-cü il

23 May 2023, 14:05

http://www.azertag.az

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...