Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri (Sumqayıt Regional Mədəniyyət İdarəsi, Xaçmaz Regional Mədəniyyət İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Şəki Regional Mədəniyyət İdarəsi, Kürdəmir Regional Mədəniyyət İdarəsi, Ağstafa Regional Mədəniyyət İdarəsi, Şəmkir Regional Mədəniyyət İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Bərdə Regional Mədəniyyət İdarəsi, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdaş Regional Mədəniyyət İdarəsi, Sabirabad Regional Mədəniyyət İdarəsi, Biləsuvar Regional Mədəniyyət İdarəsi, Masallı Regional Mədəniyyət İdarəsi və Lənkəran Regional Mədəniyyət İdarəsi) əsasında, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.3–1.14-cü bəndləri ilə müəyyən edilmiş Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq aşağıdakı regional mədəniyyət idarələri yaradılsın:
1.1. Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi;
1.2. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;
1.3. Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi;
1.4. Qarabağ Regional Mədəniyyət İdarəsi;
1.5. Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi;
1.6. Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi;
1.7. Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi;
1.8. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;
1.9. Mil–Muğan Regional Mədəniyyət İdarəsi;
1.10. Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi;
1.11. Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;
1.12. Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi.
2. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 572; 2021, № 1, maddə 79) 2-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2023-cü il
23 February 2023, 16:0228 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...