“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 243; 1995, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 385, № 6, maddə 493; 1998, № 2, maddə 70; 2000, № 12, maddə 835; 2001, № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002, № 1, maddə 4, № 8, maddə 463; 2004, № 7, maddə 505; 2005, № 3, maddə 152, № 10, maddə 874; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 3, maddə 219, № 4, maddə 319, № 11, maddə 933, № 12, maddələr 1006, 1017, 1029; 2007, № 7, maddə 712, № 8, maddə 753, № 11, maddə 1053; 2008, № 3, maddə 158, № 8, maddələr 699, 701, № 10, maddə 886; 2009, № 7, maddə 519; 2010, № 3, maddə 166, № 4, maddə 276, № 11, maddə 935; 2011, № 4, maddə 270, № 6, maddə 474, № 7, maddə 580; 2012, № 7, maddə 647; 2013, № 5, maddə 465, № 6, maddə 619, № 7, maddə 793; 2014, № 4, maddə 323, № 11, maddə 1335; 2015, № 6, maddə 688; 2017, № 6, maddələr 1042, 1045, № 12 (I kitab), maddə 2263; 2018, № 11, maddə 2216; 2019, № 1, maddə 50, № 4, maddə 585; 2022, № 1, maddə 6) 4-cü maddəsinin birinci hissəsinin ikinci cümləsi dördüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Ümumvətəndaş pasportunun verilməsi üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2022-ci il
9 February 2023, 08:0228 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...