Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612; 2011, № 12, maddə 1108; 2012, № 6, maddə 501; 2017, № 5, maddə 732, № 7, maddə 1298; 2018, № 11, maddə 2190; 2019, № 1, maddə 14, № 3, maddə 368, № 5, maddə 814, № 8, maddə 1375; 2020, № 6, maddə 670, № 7, maddə 832; 2021, № 8, maddə 894; 2022, № 2, maddə 91) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 21.2-1-ci maddə əlavə edilsin:

“21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

2. 22.1.1-ci maddəyə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 24.2-1-ci maddə əlavə edilsin:

“24.2-1. Bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

4. 25.1.1-ci maddəyə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Məcəllənin 24.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

5. 51.4-cü maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:

“Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.”.

6. 53.1.1-ci maddəyə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

9 February 2023, 08:02

http://www.azertag.az

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...