“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 125; 2001, № 12, maddələr 731, 736; 2004, № 11, maddə 901; 2006, № 6, maddə 478; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 5, maddə 348, № 7, maddə 602; 2012, № 6, maddə 506; 2013, № 6, maddələr 599, 624; 2014, № 4, maddə 341, № 7, maddə 775; 2016, № 2 (I kitab), maddə 200, № 12, maddələr 1994, 1995; 2017, № 5, maddə 720, № 12 (I kitab), maddə 2229; 2018, № 1, maddə 20, № 11, maddə 2223; 2019, № 1, maddə 11, № 6, maddə 989, № 7, maddə 1183; 2020, № 7, maddə 828, № 12 (I kitab), maddə 1425; 2021, № 8, maddə 897) 19-2-ci maddəsinə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd: Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2022-ci il
9 February 2023, 08:023 December 2015, 09:12
His Excellency Mr Choummaly Sayasone, President of the Lao People's Democratic Republic more...
20 November 2015, 11:11
His Highness Qaboos bin Said, Sultan of Oman more...
20 November 2015, 11:11
His Excellency Mr Raimonds Vējonis, President of the Republic of Latvia more...
4 November 2015, 13:11
His Excellency Mr. Klaus Iohannis, President of Romania more...
4 November 2015, 12:11
His Excellency Mr Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 August 2015, 10:08
His Excellency Mr Xi Jinping, President of the People's Republic of China more...
18 August 2015, 10:08
His Excellency Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
18 August 2015, 10:08
His Excellency Mr. Alassane Ouattara, President of the Republic of Cote d'Ivoire more...
18 August 2015, 10:08
President Ilham Aliyev allocates AZN 5mln for reconstruction of Azerbaijan State Drama Theater in Derbend more...
18 August 2015, 10:08
H.E. Mr. Barack Obama, President of the United States of America more...