Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 217; 2003, № 12 (I kitab), maddə 671; 2006, № 5, maddə 386; 2008, № 8, maddə 697; 2009, № 6, maddə 399; 2011, № 2, maddə 71) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci maddədən “, Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyənləşdirir” sözləri çıxarılsın.

2. 2-ci maddə üzrə:

2.1. maddənin adı və 2.1-ci maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“ll. Şuranın fəaliyyət istiqamətləri”;

“2.1. Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:”;

2.2. 2.1.2-ci, 2.1.4-cü və 2.1.5-ci maddələrdən “hakimiyyəti” sözü çıxarılsın;

2.3. 2.1.6-cı maddədə “dövlət qulluqçularının şikayətlərinə” sözləri “şikayətlərə” sözü ilə əvəz edilsin.

3. 3-cü maddə üzrə:

3.1. 3.1-ci maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Şura:”;

3.2. 3.1.1-ci, 3.1.2-ci və 3.1.3-cü maddələrdən “hakimiyyəti” sözü çıxarılsın;

3.3. 3.1.6-cı maddədə “dövlət qulluqçularının şikayətlərinə” sözləri “şikayətlərə” sözü ilə əvəz edilsin və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.7-ci maddə əlavə edilsin:

“3.1.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluqçularının qulluq stajının hesablanması, onlara ixtisas dərəcələrinin verilməsi, habelə xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı olaraq uyğunlaşdırılması ilə əlaqədar yaranmış mübahisələrə dair dövlət qulluqçuları və ya dövlət orqanlarının, habelə dövlət qulluğuna xitam verilmiş şəxslərin müraciətlərinə baxır.”;

3.4. 3.3-cü maddə üzrə:

3.4.1. birinci cümlədə “mütəmadi olaraq, lakin iki ayda bir” sözləri “ildə iki” sözləri ilə əvəz edilsin;

3.4.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Bu Əsasnamənin 3.4-cü maddəsində nəzərdə tutulmuş Reqlamentlə müəyyən edilmiş qaydada Şuranın növbədənkənar iclasları çağırıla bilər.”;

3.5. 3.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“3.5. Şuranın fəaliyyətinin təşkilini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan Katiblik həyata keçirir. Katibliyin işini Şuranın iclasında Şura üzvlərinin sadə səs çoxluğu ilə seçilən katib təşkil edir.”;

3.6. aşağıdakı məzmunda 3.5-1-ci maddə əlavə edilsin:

“3.5-1. Şuranın katibi Şuranın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həlli, Şuranın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması və Şuranın qərarlarının icrası ilə əlaqədar kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir.”.

3.7. aşağıdakı məzmunda 3.6-1-ci maddə əlavə edilsin:

“3.6-1. Şuranın qəbul etdiyi qərarlar icra edilməsi üçün 3 (üç) iş günü müddətində müvafiq dövlət orqanlarına göndərilir. Dövlət orqanlarının rəhbərləri tərəfindən həmin qərarın icra vəziyyəti barədə hesabat 30 (otuz) gün müddətində Şuraya təqdim edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2022-ci il

2 February 2023, 08:02

http://www.azertag.az

51—60 of 75

6 May 2015, 09:05

Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany   more...

6 May 2015, 09:05

H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...

6 May 2015, 09:05

His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran   more...

6 May 2015, 09:05

His Holiness Pope Francis   more...

6 May 2015, 09:05

His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore   more...

6 May 2015, 09:05

H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic   more...

6 May 2015, 09:05

His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic   more...

6 May 2015, 09:05

His Excellency Mr Michael Higgins, President of Ireland   more...

10 December 2014, 09:12

H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands”   more...