Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilsin:

1.1. Doktorantura pilləsi üzrə:

1.1.1. elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 (dörd yüz) manat;

1.1.2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 (iki yüz qırx) manat.

1.2. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

1.2.1. magistratura səviyyəsi üzrə:

1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 (yüz doxsan beş) manat;

2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;

3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

1.2.2. bakalavriat səviyyəsi üzrə:

1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 (yüz yetmiş beş) manat;

2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 (yüz qırx beş) manat;

3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 ( bir yüz) manat.

1.3. Orta ixtisas təhsili müəssisələrində:

1.3.1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 (bir yüz) manat;

1.3.2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 (səksən) manat;

1.3.3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 (altmış altı) manat.

1.4. Peşə təhsili müəssisələrində:

1.4.1. akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 (bir yüz) manat;

1.4.2. akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 (səksən) manat;

1.4.3. akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 (altmış altı) manat.

2. “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 291; 2021, № 11, maddə 1232, № 12, maddə 1470) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndin ikinci abzasında “360” rəqəmləri “400 (dörd yüz)” sözləri ilə, üçüncü abzasında “216” rəqəmləri “240 (iki yüz qırx)” sözləri ilə əvəz edilsin;

2.2. 1.2-ci bəndin dördüncü abzasında “174” rəqəmləri “195 (yüz doxsan beş)” sözləri ilə, beşinci abzasında “144” rəqəmləri “160 (yüz altmış)” sözləri ilə, altıncı abzasında “96” rəqəmləri “110 (yüz on)” sözləri ilə, səkkizinci abzasında “156” rəqəmləri “175 (yüz yetmiş beş)” sözləri ilə, doqquzuncu abzasında “132” rəqəmləri “145 (yüz qırx beş)” sözləri ilə, onuncu abzasında “90” rəqəmləri “100 (bir yüz)” sözləri ilə əvəz edilsin;

2.3. 1.3-cü bəndin ikinci abzasında “90” rəqəmləri “100 (bir yüz)” sözləri ilə, üçüncü abzasında “72” rəqəmləri “80 (səksən)” sözləri ilə, dördüncü abzasında “60” rəqəmləri “66 (altmış altı)” sözləri ilə əvəz edilsin;

2.4. 1.4-cü bəndin ikinci abzasında “90” rəqəmləri “100 (bir yüz)” sözləri ilə, üçüncü abzasında “72” rəqəmləri “80 (səksən)” sözləri ilə, dördüncü abzasında “60” rəqəmləri “66 (altmış altı)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 yanvar 2023-cü il

13 January 2023, 11:01

http://www.azertag.az

1—10 of 75

16 December 2022, 08:12

The Order of the President of the Republic of Azerbaijan On awarding "Sharaf" Order to N.A. Pashayeva   more...

12 April 2021, 21:04

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Erkan Ozoral   more...

11 September 2020, 21:09

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to A.A. Likhanov   more...

1 September 2020, 09:09

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to V.Y.Alakbarov   more...

20 August 2020, 21:08

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Margherita Costa   more...

1 April 2020, 23:04

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Shamil Ayrim   more...

25 February 2020, 08:02

The Order of the President of the Republic of Azerbaijan On awarding "Shohrat" Order to I.A.Ponomaryov   more...

4 February 2020, 07:02

The Order of the President of the Republic of Azerbaijan On awarding “Heydar Aliyev” Order to P.Bulbuloghlu   more...

24 October 2019, 08:10

The Order of the President of the Republic of Azerbaijan on appointing A.H.Asadov as Prime Minister of the Republic of Azerbaijan   more...

24 October 2019, 08:10

The Order of the President of the Republic of Azerbaijan On awarding "Heydar Aliyev" Order to R.A.Mehdiyev   more...