Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 8, maddə 158; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 2, maddə 59; 2004, № 3, maddə 133; 2011, № 2, maddə 71, № 7, maddə 582) ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə, əmrlərlə və digər aktlarla nəzərdə tutulan vəzifə borclarını yerinə yetirərkən dövlətə vurduqları ziyana görə təqsirli olduqda bu Əsasnaməyə uyğun olaraq maddi məsuliyyət daşıyırlar.”.

2. 2-ci maddənin birinci hissəsindən “həqiqi” sözü çıxarılsın.

3. 3-cü maddə üzrə:

3.1. birinci hissəyə “intizam” sözündən sonra “, inzibati” sözü əlavə edilsin;

3.2. ikinci hissəyə “cinayət” sözündən əvvəl “inzibati və ya” sözləri əlavə edilsin.

4. 4-cü maddənin birinci hissəsində “bütünlüklə və yaxud qismən” sözləri “birdəfəlik və ya hissə-hissə” sözləri ilə əvəz edilsin.

5. 6-cı maddə üzrə:

5.1. birinci hissədə “əsgəri nizamnamələrlə” sözləri “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə” sözləri ilə, “iki” sözü “üç” sözü ilə əvəz edilsin və həmin hissəyə “aylıq məbləğindən” sözlərindən əvvəl “iki” sözü əlavə edilsin;

5.2. ikinci hissə ləğv edilsin.

6. 7-ci maddə üzrə:

6.1. birinci abzasda “ucundan” sözü “ilə” sözü ilə əvəz edilsin;

6.2. ikinci və altıncı abzaslara “cinayət” sözündən əvvəl “inzibati və ya” sözləri əlavə edilsin;

6.3. üçüncü abzasda “dövlətin başqa şəkildə aldadılması” sözləri “başqa şəkildə yalan məlumatların təqdim edilməsi” sözləri ilə əvəz edilsin.

7. 8-ci maddədə “, Sərhəd Qoşunlarının, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrinin” sözləri “və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların)” sözləri ilə əvəz edilsin.

8. 10-cu maddədə “ucundan” sözü “ilə” sözü ilə, “dayanması ilə” sözləri “dayanması nəticəsində” sözləri ilə əvəz edilsin və həmin maddəyə “aylıq pul təminatlarından” sözlərindən əvvəl “iki” sözü əlavə edilsin.

9. 13-cü maddənin dördüncü hissəsinə “cinayətlə” sözündən əvvəl “inzibati xəta ilə və ya” sözləri əlavə edilsin.

10. 14-cü maddə üzrə:

10.1. birinci hissənin birinci cümləsində “inzibati təhqiqat” sözləri “xidməti araşdırma” sözləri ilə, ikinci cümləsində “Təhqiqat” sözü “Araşdırma” sözü ilə əvəz edilsin;

10.2. ikinci hissədə “inzibati təhqiqat” sözləri “xidməti araşdırma” sözləri ilə əvəz edilsin;

10.3. üçüncü hissədə “Təhqiqat zamanı” sözləri “Araşdırma zamanı inzibati xəta və ya” sözləri ilə, “cinayət-prosessual qanunvericiliyində” sözləri “müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və ya Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində” sözləri ilə əvəz edilsin.

11. 15-ci maddədə “inzibati təhqiqatın” sözləri “xidməti araşdırmanın” sözləri ilə əvəz edilsin.

12. Aşağıdakı məzmunda 19-1-ci maddə əlavə edilsin:

“19-1. Bu Əsasnaməyə uyğun olaraq dövlətə maddi ziyan vurmuş hərbi qulluqçunun xidmət keçdiyi orqan (hərbi hissə) dəyişdiyi halda onun barəsində tərtib olunmuş müvafiq sənədlər maddi məsuliyyət məsələsinin həll edilməsi üçün yeni xidmət yerinə (hərbi hissəyə) göndərilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2022-ci il

21 December 2022, 08:12

http://www.azertag.az

11—20 of 75

28 February 2018, 08:02

His Excellency Mr Danilo Medina, President of the Dominican Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Milos Zeman, President of the Czech Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland   more...

16 March 2017, 09:03

From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban   more...

16 March 2017, 09:03

From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress   more...

2 December 2016, 10:12

His Excellency Mr Klaus Iohannis, President of Romania   more...

2 December 2016, 10:12

His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil   more...

2 December 2016, 10:12

His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

25 October 2016, 09:10

His Excellency Mr. Janos Ader, President of Hungary   more...

25 October 2016, 09:10

From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...