"Bəzi istehlak mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 289 nömrəli Fərmanının icrası barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 dekabr tarixli 235 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 244

Bakı şəhəri, 16 iyul 2014-cü il

"Bəzi istehlak mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 289 nömrəli Fərmanının icrası barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 dekabr tarixli 235 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1234; 2007, № 6, maddə 698; 2008, № 4, maddə 309; 2009, № 1, maddə 32; 2014, № 2, maddə 201) ilə təsdiq edilmiş "Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı və satışı, insanların həyatının və sağlamlığının qorunması üçün yalnız mənşəyi bəlli olan xammaldan istifadənin təmin edilməsi, daxili bazarın haqsız rəqabətdən müdafiəsi və sağlam rəqabət prinsiplərinə riayət edilməsi, qeyri-qanuni istehsalın, habelə keyfiyyətsiz məhsulların istehsalının və idxalının, qaçaqmalçılıq hallarının qarşısının alınması məqsədi ilə görüləcək Tədbirlər"in 5-ci hissəsinin "İcra müddəti (illər üzrə)" sütununda "ildə 1 dəfə" sözləri "mütəmadi" sözü ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

1 August 2014, 10:08

http://cabmin.gov.az/

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...