Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin avtomobil yollarının və yol qurğularının daha etibarlı qorunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində “Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
2. Müəyyən edilsin ki:
2.1. Avtomobil Yollarının Mühafizə Xidməti (bundan sonra – Xidmət) Agentliyin balansına verilmiş avtomobil yollarının, eləcə də körpülərin, tunellərin və digər yol qurğularının qorunmasını təşkil edən publik hüquqi şəxsdir;
2.2. Xidmətin ləğvi və yenidən təşkili ilə bağlı təsisçinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi isə Agentliyə həvalə edilir;
2.3. Xidmətin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaiti hesabına maliyyələşdirilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Xidmət dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Xidmətin balansına verilməsi ilə bağlı bir ay müddətində tədbirlər görsün;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Agentlik:
4.1. Xidmətin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
4.2. Xidmətin nizamnaməsini, strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini iki ay müddətində təsdiq etsin;
4.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
5. Xidmət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Agentliyin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini davam etdirsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2022-ci il
11 October 2022, 07:1025 October 2016, 09:10
From Tomislav Nikolic, President of the Republic of Serbia more...
29 September 2016, 11:09
His Excellency Mr Reuven Rivlin, President of the State of Israel more...
29 September 2016, 11:09
His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia more...
29 September 2016, 11:09
His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia more...
29 September 2016, 11:09
Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta more...
18 December 2015, 09:12
From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 December 2015, 09:12
From Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
18 December 2015, 09:12
His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar more...
18 December 2015, 09:12
From Raimonds Vejonis, President of the Republic of Latvia more...
3 December 2015, 09:12
His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina more...