“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1527 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1527 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1392) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “10589701,9” və “12789674,6” rəqəmləri müvafiq olaraq “15789147,9” və “11597136,5” rəqəmləri ilə əvəz edilsin;
1.2. 2-ci hissə üzrə:
1.2.1. 2.1-ci bənddə “8578995,4” rəqəmləri “14993401,2” rəqəmləri ilə əvəz edilsin;
1.2.2. 2.3-cü bənddə “23290,0” rəqəmləri “21760,0” rəqəmləri ilə əvəz edilsin;
1.2.3. 2.4-cü bənddən “1216792,9” rəqəmləri çıxarılsın;
1.2.4. 2.5-ci bənddə “765340,0” rəqəmləri “768703,1” rəqəmləri ilə əvəz edilsin;
1.2.5. “Gəlirlərin məbləği” sütununun “Cəmi” sətrində “10589701,9” rəqəmləri “15789147,9” rəqəmləri ilə əvəz edilsin;
1.3. 3-cü hissə üzrə:
1.3.1. 3.1-ci bənddə “12710000,0” rəqəmləri “11517500,0” rəqəmləri ilə əvəz edilsin;
1.3.2. 3.2-ci bənddə “27836,0” rəqəmləri “27797,9” rəqəmləri ilə əvəz edilsin;
1.3.3. 3.3-cü bənddə “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında nəzərdə tutulan Dövlət Proqramının” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın” sözləri ilə əvəz edilsin;
1.3.4. “Xərclərin məbləği” sütununun “Cəmi” sətrində “12789674,6” rəqəmləri “11597136,5” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2022-ci il
22 July 2022, 16:076 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...