Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 242

Bakı şəhəri, 16 iyul 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

 "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 128; 2009, № 1, maddə 32; 2014, № 2, maddə 201) ilə təsdiq edilmiş "İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsiz-ləşdirilməsi və ya məhv edilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci hissədə "dövlət orqanlarının akkreditasiya olunmuş müvafiq laboratoriyalarında" sözləri "akkreditasiya olunmuş müvafiq laboratoriyalarda və ya digər təşkilatlarda" sözləri ilə əvəz edilsin.

2. 9-cu hissədə "dövlət nəzarəti orqanları" sözləri "akkreditasiya olunmuş müvafiq laboratoriyalar və ya digər təşkilatlar" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

24 July 2014, 14:07

http://cabmin.gov.az/

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...