Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 762 nömrəli, “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli 427 nömrəli, “Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında” 2019-cu il 6 may tarixli 681 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 226; 2017, № 12 (I kitab), maddə 2335; 2018, № 4, maddə 661; 2019, № 4, maddə 655; 2020, № 1, maddə 7) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” üzrə:

1.1.1. 1.9.3-cü yarımbənddən “və ya Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası” sözləri çıxarılsın;

1.1.2. 2.0.4-cü yarımbənddən “və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına” sözləri çıxarılsın;

1.1.3. 4.10 – 4.12-ci, 7.8-ci bəndlər ləğv edilsin;

1.1.4. 7.9-cu bəndin birinci cümləsindən “, habelə tələb olunduğu halda qərarın surətinin və ya elektron variantının Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına göndərilməsi” sözləri çıxarılsın;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” üzrə:

1.2.1. 1.9.3-cü yarımbənddən “və ya Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası” sözləri çıxarılsın;

1.2.2. 2.0.4-cü yarımbənddən “və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına” sözləri çıxarılsın;

1.2.3. 4.11 – 4.13-cü, 7.7-ci bəndlər ləğv edilsin;

1.2.4. 7.8-ci bəndin birinci cümləsindən “, habelə tələb olunduğu halda qərarın surətinin və ya elektron variantının Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına göndərilməsi” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2584; 2021, № 12, maddə 1353) ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 2.8-ci bəndindən “,Komitənin Apellyasiya Şurasının qərarından isə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına” sözləri çıxarılsın.

3. “Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli 681 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 833) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5-ci hissə ləğv edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə” üzrə:

3.2.1. 1.8.3-cü yarımbənddən “və ya Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası” sözləri çıxarılsın;

3.2.2. 2.0.4-cü yarımbənddən “və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına” sözləri çıxarılsın;

3.2.3. 4.10 – 4.12-ci, 7.7-ci bəndlər ləğv edilsin;

3.2.4. 7.8-ci bənddən “, habelə tələb olunduğu halda qərarın surətinin və ya elektron variantının Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına göndərilməsi” sözləri çıxarılsın.

4. “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 225; 2017, № 12, maddə 2334; 2018, № 4, maddə 660; 2019, № 3, maddə 427, № 5, maddə 832) ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2022-ci il

30 June 2022, 20:06

http://www.azertag.az

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...