“Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 63; 2008, № 7, maddə 673; 2015, № 2, maddə 227; 2018, № 12 (II kitab), maddə 2721; 2020, № 4, maddə 484, № 9, maddə 1222; 2021, № 10, maddə 1196) ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci bənddə “onlara baytarlıq şəhadətnamələrinin” sözləri “heyvanlara identikləşdirmə haqqında şəhadətnamələrin” sözləri ilə əvəz edilsin.

2. 1.6-cı bəndə “tərəfindən” sözündən sonra “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə” sözləri əlavə edilsin.

3. 1.7-ci bənddə “daxil edilir” sözləri “real vaxt rejimində ötürülür” sözləri ilə əvəz edilsin.

4. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Heyvanların identikləşdirilməsi onlara fərdi və ya qrup halında identikləşdirmə nömrəsinin və identikləşdirmə haqqında şəhadətnamənin verilməsindən ibarətdir.

İdentikləşdirmə işlərinin aparılması üçün heyvanlar bu Qaydaların 2.7-ci bəndinə uyğun olaraq fərdi qaydada və ya qrup halında nişanlanmalıdırlar.”.

5. 2.2-ci, 2.4-cü və 2.9-cu bəndlərdə “birkalanması (nişanlanması)” sözləri “nişanlanması” sözü ilə əvəz edilsin.

6. 2.3-cü bənddə “birkalar (nişanlar)” sözləri “nişanlar” sözü ilə əvəz edilsin.

7. 2.6-cı bənddə “baytarlıq pasportunun” sözləri “identikləşdirmə haqqında şəhadətnamənin” sözləri ilə əvəz edilsin.

8. 2.7-ci, 2.8-ci və 2.10-cu bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.7. Kənd təsərrüfatı heyvanları doğulduqdan sonra 1 ay müddətində nişanlanmalıdırlar. İribuynuzlu və xırdabuynuzlu heyvanların və donuzların nişanlanması hər iki qulağına birka, təkdırnaqlı heyvanların, dəvələrin və qulaq seyvanı kiçik olan xırdabuynuzlu heyvanların nişanlanması mikroçip, quşların nişanlanması isə qrup halında onların saxlanc yerlərinə birka vurulmaqla həyata keçirilir.

2.8. Birkaların təsviri, mikroçiplərin spesifikasiyası Agentlik tərəfindən müəyyən edilir.

2.10. Kənd təsərrüfatı heyvanlarının nişanlanmasının yekunu olaraq, dövlət baytarlıq müfəttişi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə identikləşdirmə haqqında şəhadətnamə tərtib edir və həmin şəhadətnamə heyvan sahibinə verilir. Heyvanların identikləşdirilməsi haqqında şəhadətnamənin nümunəsi və şəhadətnaməyə daxil edilməli olan məlumatların siyahısı Agentlik tərəfindən müəyyən edilir.”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 21 iyun 2022-ci il

23 June 2022, 08:06

http://www.azertag.az

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...