Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2018-ci il 29 avqust tarixli 444 nömrəli Sərəncamının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 509, № 8, maddə 1778) 1-ci hissəsi ilə təsdiq edilmiş Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilsin:
“Müşahidə Şurasının sədri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
“Azərbaycan Tələbə Gənclər Təşkilatları” İttifaqının sədri
Azərbaycan Könüllü Təşkilatları İttifaqının İdarə Heyətinin üzvü
“Azərbaycanlı Tələbələr və Məzunlar Platforması”nın İdarə Heyətinin üzvü.”.
2. “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 avqust tarixli 444 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1778) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri 7 iyun 2022
7 June 2022, 20:066 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...