Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Qətər Dövlətinin Mülki Aviasiya Administrasiyası arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2017-ci il 15 may tarixli 1391 nömrəli, “Azərbaycan Respublikasının “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 809-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 3 noyabr tarixli 1659 nömrəli, “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 2019-cu il 3 iyun tarixli 718 nömrəli, “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 27 iyun tarixli 756 nömrəli və “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Qətər Dövlətinin Mülki Aviasiya Administrasiyası arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 may tarixli

1391 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 795; 2018, № 9, maddə 1840) 2-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 809-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 noyabr tarixli 1659 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 1998; 2018, № 9, maddə 1840) 2-ci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.

3. “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1010; 2020, № 8, maddə 1043) 2–4-cü hissələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

4. “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 756 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1047) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4-cü hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;

4.2. həmin Fərmanla təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın 1.1-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;

4.3. həmin Fərmanla təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın 8.1.1-ci, 10.2.2-ci, 10.3.1-ci və 10.4.5-ci yarımbəndlərində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1248, № 12 (I kitab), maddə 1472; 2021, № 2, maddə 120, № 5, maddə 452) 4.7-ci, 7.6-cı bəndlərində və 9-cu hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2022-ci il

1 June 2022, 08:06

http://www.azertag.az

31—40 of 75

3 December 2015, 09:12

His Excellency Mr Choummaly Sayasone, President of the Lao People's Democratic Republic   more...

20 November 2015, 11:11

His Highness Qaboos bin Said, Sultan of Oman   more...

20 November 2015, 11:11

His Excellency Mr Raimonds Vējonis, President of the Republic of Latvia   more...

4 November 2015, 13:11

His Excellency Mr. Klaus Iohannis, President of Romania   more...

4 November 2015, 12:11

His Excellency Mr Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 August 2015, 10:08

His Excellency Mr Xi Jinping, President of the People's Republic of China   more...

18 August 2015, 10:08

His Excellency Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

18 August 2015, 10:08

His Excellency Mr. Alassane Ouattara, President of the Republic of Cote d'Ivoire   more...

18 August 2015, 10:08

President Ilham Aliyev allocates AZN 5mln for reconstruction of Azerbaijan State Drama Theater in Derbend   more...

18 August 2015, 10:08

H.E. Mr. Barack Obama, President of the United States of America   more...