Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.37.1-ci yarımbəndində nəzərdə tutulmuş 15.650,0 min (on beş milyon altı yüz əlli min) manat vəsait bu Sərəncama əlavəyə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncama əlavədə nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 aprel 2022-ci il

28 April 2022, 08:04

http://www.azertag.az

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...