Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL International LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
2021-ci il dekabrın 14-də Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“SOCAR”) ilə “GL International LTD” MMC (“GL LTD”) arasında Risk Xidmət Sazişi bağlanmışdır.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən qərara alır:
1. Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL International LTD” MMC arasında Risk Xidmət Sazişi (bundan sonra – “Saziş”) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Sazişdə iştirak edən Podratçıya verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra – “Hökumət təminatı”) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.
3. Sazişin əsas mətninə edilmiş on bir (11) Əlavə (bundan sonra - “Əlavələr”) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.
4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret olaraq başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Podratçıya bütün lazımi lisenziyalar, icazələr, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.
8. Sazişin şərtlərinə uyğun olaraq, Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin Tərəflərinin qarşılıqlı yazılı razılığı ilə edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2022-ci il
15 April 2022, 08:046 May 2015, 09:05
Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany more...
6 May 2015, 09:05
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
6 May 2015, 09:05
His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran more...
6 May 2015, 09:05
His Holiness Pope Francis more...
6 May 2015, 09:05
His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore more...
6 May 2015, 09:05
H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic more...
6 May 2015, 09:05
His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic more...
6 May 2015, 09:05
His Excellency Mr Michael Higgins, President of Ireland more...
10 December 2014, 09:12
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands” more...