“Turizm haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli Qanununun tətbiqi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Turizm haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:

1.1. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, turizm və rekreasiya zonalarının nümunəvi əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. həmin Qanunun 20.3-cü maddəsinə uyğun olaraq, turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.3. həmin Qanunun 9.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üç ay müddətində:

2.1. həmin Qanunun 8.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla təsdiq etsin;

2.2. həmin Qanunun 9.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarlarını təsdiq etsin.

3. Müəyyən edilsin ki:

3.1. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsində, 8.2-ci, 9.1-ci və 9.2-ci maddələrinin ikinci cümlələrində, 14.3-cü, 15.4-cü maddələrində, 15.6-cı maddəsinin birinci cümləsində, 16.2-ci, 16.5.3-cü maddələrində, 18.2-ci maddəsinin ikinci cümləsində, 19.1-ci maddəsinin birinci və ikinci cümlələrində və 20.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 15.6-cı maddəsinin birinci cümləsində və 19.1-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

3.3. həmin Qanunun 9.2-ci maddəsinin ikinci cümləsində və 20.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

3.4. həmin Qanunun 1.1.6-cı maddəsində, 8.2-ci və 9.1-ci maddələrinin ikinci cümlələrində və 14.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi nəzərdə tutulur;

3.5. həmin Qanunun 15.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

3.6. həmin Qanunun 16.2-ci və 16.5.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

3.7. həmin Qanunun 18.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Şəhər İcra Hakimiyyəti nəzərdə tutulur.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 fevral 2022-ci il

18 February 2022, 14:02

http://www.azertag.az

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...