Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 687; 2004, № 7, maddə 505; 2006, № 3, maddə 223; 2010, № 11, maddə 936; 2013, № 5, maddə 464; 2014, № 11, maddə 1334; 2015, № 10, maddə 1083; 2018, № 6, maddə 1189; 2019, № 3, maddə 386, № 5, maddə 794, № 8, maddə 1360, № 11, maddə 1681) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 41-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. birinci hissədə “Respublikası qanunvericiliyinə əsasən” sözləri “Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq” sözləri ilə, “aktlarını qeydə alır” sözləri “aktlarının dövlət qeydiyyatını, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada dövlət qeydiyyatını həyata keçirir” sözləri ilə əvəz edilsin.
2. ikinci hissədə “aktlarının qeydlərində dəyişikliklər, düzəlişlər və əlavələr” sözləri “akt qeydində dəyişikliklər” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2021-ci il
1 February 2022, 08:026 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...