“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514; 2018, № 12 (I kitab), maddə 2503; 2019, № 3, maddə 381, № 8, maddə 1382; 2020, № 5, maddə 521, № 9, maddə 1137, № 11, maddə 1322; 2021, № 3, maddə 212) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.0.6-cı maddədə “hal” sözü “bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları” sözləri ilə əvəz edilsin.
2. 13-cü maddə üzrə:
2.1. 13.1.3-cü maddəyə “bəndinə” sözündən sonra “, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə” sözləri əlavə edilsin;
2.2. 13.2.1-ci və 13.2.2-ci maddələrdə “işsizliyin başlanmasından” sözləri “sığorta hadisəsinin baş verdiyi tarixdən” sözləri ilə əvəz edilsin;
2.3. 13.2.3-cü maddədə “işsizliyin başlanmasından” sözləri “sığorta hadisəsinin baş verdiyi tarixdən” sözləri ilə, “35” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin və həmin maddədən “işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra” sözləri çıxarılsın.
2.4. 13.8-ci maddədə “36” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin.
3. 14.2-ci maddədən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada” sözləri çıxarılsın və həmin maddədə hər iki halda “işsiz kimi qeydiyyata alınmasından” sözləri “sığorta hadisəsinin baş verdiyi tarixdən” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2021-ci il
17 January 2022, 15:0128 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...