“İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:1. “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 5, maddə 453; 2007, № 11, maddə 1179; 2008, № 9, maddə 863; 2014, № 3, maddə 310; 2018, № 3, maddə 615; 2019, № 10, maddə 1676; 2020, № 9, maddə 1212) 1-ci hissəsində “890 (səkkiz yüz doxsan)” sözləri “1070 (min yetmiş)” sözləri ilə əvəz edilsin.
2. Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 14 yanvar 2022-ci il
17 January 2022, 13:0128 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...