İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Büdcənin ümumi göstəriciləri

İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri 180 375 536,0 manat, xərcləri 180 375 536,0 manat məbləğində təsdiq edilir.

Maddə 2. Gəlirlər

Müəyyən edilsin ki, 2022-ci ildə işsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

Gəlirlərin mənbələri

Məbləğ (manatla)

 1.

İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi

o cümlədən:

 136 418 476,0  

1.1.

büdcədən maliyyələşən təşkilatlar üzrə

    21 709 238,0

1.2.

büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

    21 709 238,0

1.3.

qeyri-büdcə sektoru üzrə

    93 000 000,0

 2.

Sair gəlirlər

             50 000,0

 3.

2021-ci ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti

      43 907 060,0

 Maddə 3. Xərclər

Müəyyən edilsin ki, işsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

 

 

Xərclərin istiqamətləri

Məbləğ (manatla)

 1.

İşsizliyə görə sığorta ödənişləri

      8 500 000,0

 2.

Peşə hazırlığı və əlavə təhsilin təşkili

      9 000 000,0

 3.

 Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi

      2 000 000,0

 4.

 Əmək yarmarkalarının, əmək birjalarının təşkili

      1 000 000,0

 5.

Haqqı ödənilən ictimai işlərin təşkili

      2 500 000,0

 6.

Özünüməşğulluq tədbirlərinin təşkili

    76 109 816,0

 7.

Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi

      3 000 000,0

 8.

 Peşə standartlarının hazırlanması

      1 000 000,0

 9.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri

  43 765 720,0

 10.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri

  30 000 000,0

 11.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin yaradılması

    1 000 000,0

 12.

 Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi

    1 500 000,0

 13.

 Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv tədbirlər

    1 000 000,0

Maddə 4. Qalıqlardan istifadə

İşsizlikdən sığorta fondunun (o cümlədən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 5. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2021-ci il

24 December 2021, 08:12

http://www.azertag.az

51—60 of 75

6 May 2015, 09:05

Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany   more...

6 May 2015, 09:05

H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...

6 May 2015, 09:05

His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran   more...

6 May 2015, 09:05

His Holiness Pope Francis   more...

6 May 2015, 09:05

His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore   more...

6 May 2015, 09:05

H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic   more...

6 May 2015, 09:05

His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic   more...

6 May 2015, 09:05

His Excellency Mr Michael Higgins, President of Ireland   more...

10 December 2014, 09:12

H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands”   more...