Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 161, № 12, maddə 1102; 2007, № 10, maddə 947; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 4, maddə 291, № 6, maddə 531, № 9, maddə 854; 2016, № 11, maddə 1805; 2017, № 7, maddə 1355, № 12 (I kitab), maddə 2312; 2019, № 3, maddə 403, № 5, maddə 848, № 11, maddə 1718; 2020, № 7, maddələr 868, 895, № 9, maddə 1139, № 12 (I kitab), maddə 1469; 2021, № 2 maddə 124) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 8.15-ci və 8.24-cü bəndlərdə “məktəbəqədər təhsil müəssisələri” sözləri “uşaq evləri” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 8.15-1-ci bənd əlavə edilsin:

“8.15-1. tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasını təmin edir;”.

3. 8.35-1-ci bəndə “peşə” sözündən əvvəl “tabeliyindəki məktəbəqədər təhsil müəssisələrini və” sözləri əlavə olunsun, həmin bənddə “və fəaliyyətini” sözləri “onların fəaliyyətini” sözləri ilə, “onun” sözü “onların” sözü ilə əvəz edilsin.

4. 8.37-ci bənddə “məktəbəqədər təhsil müəssisələri” sözləri “uşaq evləri” sözləri ilə, “rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi məsələsini həll edir” sözləri “rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2021-ci il

21 December 2021, 07:12

http://www.azertag.az

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...