Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
“Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1350; 2011, № 10, maddə 965; 2019, № 7, maddə 1342) aşağıdakı dəyişikliklər edilsin:
1. Adına, preambulasına və 1-ci hissəsinə “Xalq qəzeti” sözlərindən sonra“, “Respublika” sözü əlavə edilsin.
2. Həmin Qərara əlavə – “Dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi”
qəzeti redaksiyalarına dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması” üzrə:
2.1. adına “Xalq qəzeti” sözlərindən sonra “, “Respublika” sözü əlavə edilsin;
2.2. “Bakinski raboçi” sətrində “1700” və “123” rəqəmləri müvafiq olaraq “166” və “12” rəqəmləri ilə əvəz edilsin;
2.3. üçüncü sətir dördüncü sətir hesab edilsin və aşağıdakı məzmunda üçüncü sətir əlavə edilsin:
“Respublika” |
1534 min |
10 |
111 |
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 9 dekabr 2021-ci il
10 December 2021, 14:12
28 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...