“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 21, maddə 590; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddələr 282, 293; 2001, № 12, maddə 731; 2003, № 10, maddə 539; 2004, № 7, maddə 507; 2007, № 5, maddə 401, № 6, maddə 561; 2008, № 7, maddə 602; 2016, № 11, maddə 1764; 2019, № 5, maddə 797; 2020, № 7, maddə 826; 2021, № 6 (I kitab), maddə 536; Azərbaycan Respublikasının 2021-ci il 11 iyun tarixli 345-VIQD nömrəli və 22 iyun tarixli 350-VIQD nömrəli qanunları) 3-cü maddəsinin ikinci hissəsinin dördüncü abzası ləğv edilsin.

Maddə 2. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477; 2001, № 11, maddə 687, № 12, maddələr 731, 736; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 561, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2010, № 4, maddə 275; 2013, № 5, maddə 477; 2016, № 11, maddə 1765; 2018, № 5, maddə 872, № 12 (I kitab), maddə 2505; 2019, № 8, maddə 1382, № 12, maddə 1908; 2020, № 5, maddə 507, № 6, maddə 670, № 7, maddə 827, № 11, maddə 1330, № 12 (I kitab), maddə 1425; Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 351-VIQD nömrəli Qanunu) 5-ci maddəsinin altıncı hissəsi ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2021-ci il

4 November 2021, 07:11

http://www.azertag.az

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...