Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 641 nömrəli, “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 643 nömrəli, “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 16 may tarixli 690 nömrəli, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli, “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli və “Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2020-ci il 30 dekabr tarixli 1232 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 641; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1368 nömrəli Fərmanı) 2.2-ci bəndində (hər iki halda) “I dərəcə” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə” sözləri ilə əvəz edilsin.
2. “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 643) adında, 1-ci hissəsində və 2.1-ci bəndində “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli 690 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 842; 2020, № 12 (I kitab), maddə 1501) ilə təsdiq edilmiş “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin 4.4.3.3-cü yarımbəndində “sağlamlıq imkanları məhdud” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718; 2021, № 5, maddə 446; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1357 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
4.1. həmin Fərmanla təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi”nin 3.1.3-cü yarımbəndində “əlilliyinin dərəcəsini” sözləri “orqanizminin funksiyalarının pozulması faizini” sözləri ilə əvəz edilsin;
4.2. həmin Fərmanla təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
4.2.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərdən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri çıxarılsın;
4.2.2. 3.1.7-ci yarımbənddə “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri ilə əvəz edilsin.
5. “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1488) 2.1.2-ci yarımbəndində “sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
6. “Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1232 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1494) adında və 1-ci hissəsində “I dərəcə gözdən əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
7. Bu Fərman 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 avqust 2021-ci il
18 August 2021, 12:0825 October 2016, 09:10
From Tomislav Nikolic, President of the Republic of Serbia more...
29 September 2016, 11:09
His Excellency Mr Reuven Rivlin, President of the State of Israel more...
29 September 2016, 11:09
His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia more...
29 September 2016, 11:09
His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia more...
29 September 2016, 11:09
Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta more...
18 December 2015, 09:12
From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 December 2015, 09:12
From Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
18 December 2015, 09:12
His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar more...
18 December 2015, 09:12
From Raimonds Vejonis, President of the Republic of Latvia more...
3 December 2015, 09:12
His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina more...