Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №8, I kitab, maddə 583; 2001, №7, maddə 454, №9, maddə 576, №12, maddə 734; 2002, №5, maddə 249, №12, maddə 707; 2003, №8, maddə 425, №12, I kitab, maddə 671; 2004, №1, maddə 1, №11, maddə 887, №12, maddə 980; 2005, №2, maddə 61, №8, maddə 688, №12, maddə 1081; 2006, №12, maddələr 1005, 1026; 2007, №1, maddə 4, №6, maddə 597, №8, maddə 745, №11, maddə 1053, №12, maddə 1192; 2008, №7, maddə 602, №11, maddə 960; 2009, №7, maddə 506; 2011, №1, maddə 14, №7, maddələr 588, 603, №12, maddə 1115; 2012, №6, maddələr 500, 513, №7, maddə 652, №9, maddə 841, №12, maddə 1226; 2013, №2, maddə 91, №4, maddə 366, №11, maddə 1278, №12, maddə 1486; 2014, №2, maddə 98) aşağıdakı məzmunda 60.1.4-cü və 76.2-1-ci maddələr əlavə edilsin:
“60.1.4. Bu Məcəllənin 76.2-1-ci maddəsinin tələblərini icra etməməyə görə - aparılmış əməliyyatın ümumi məbləğinin 30 faizi miqdarında, bu hesablar üzrə əməliyyat aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində.”;
“76.2-1. Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2014-cü il.
10 July 2014, 09:07
28 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...