“Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi"nin təsdiq olunması barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 mart tarixli 733 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 25 may tarixli 324-VIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin 2-ci maddəsində, 6-cı maddəsinin üçüncü cümləsində, 8-ci maddəsində, 8-1-ci maddəsinin birinci cümləsində, 9-cu maddəsinin birinci və ikinci hissələrində, 10-cu maddəsinin birinci cümləsində, 11-ci maddəsinin birinci cümləsində, 12-ci maddəsinin ikinci cümləsində, 13-cü maddəsinin birinci cümləsində, 13-1-ci maddəsində, 15-ci maddəsinin birinci, ikinci hissələrində və üçüncü hissəsinin birinci cümləsində, 16-cı maddəsində, 17-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Əsasnamənin 2-ci maddəsində, 6-cı maddəsinin üçüncü cümləsində, 8-ci maddəsində, 8-1-ci maddəsinin birinci cümləsində, 9-cu maddəsinin birinci və ikinci hissələrində, 10-cu maddəsinin birinci cümləsində, 11-ci maddəsinin birinci cümləsində, 12-ci maddəsinin ikinci cümləsində, 13-cü maddəsinin birinci cümləsində, 13-1-ci maddəsində, 15-ci maddəsinin birinci, ikinci hissələrində və üçüncü hissəsinin birinci cümləsində, 16-cı maddəsində, 17-1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur.
2. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 mart tarixli 733 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 182; 2018, № 9, maddə 1840) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin 2-ci maddəsində, 6-cı maddəsinin üçüncü cümləsində, 8-ci maddəsində, 8-1-ci maddəsinin birinci cümləsində, 9-cu maddəsinin birinci və ikinci hissələrində, 10-cu maddəsinin birinci cümləsində, 11-ci maddəsinin birinci cümləsində, 12-ci maddəsinin ikinci cümləsində, 13-cü maddəsinin birinci cümləsində, 13-1-ci maddəsində, 15-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində, 16-cı maddəsində, 17-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Əsasnamənin 2-ci maddəsində, 6-cı maddəsinin üçüncü cümləsində, 8-ci maddəsində, 8-1-ci maddəsinin birinci cümləsində, 9-cu maddəsinin birinci və ikinci hissələrində, 10-cu maddəsinin birinci cümləsində, 11-ci maddəsinin birinci cümləsində, 12-ci maddəsinin ikinci cümləsində, 13-cü maddəsinin birinci cümləsində, 13-1-ci maddəsində, 15-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində, 16-cı maddəsində, 17-1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur.”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 25 may tarixli 324-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2021-ci il
23 June 2021, 16:063 December 2015, 09:12
His Excellency Mr Choummaly Sayasone, President of the Lao People's Democratic Republic more...
20 November 2015, 11:11
His Highness Qaboos bin Said, Sultan of Oman more...
20 November 2015, 11:11
His Excellency Mr Raimonds Vējonis, President of the Republic of Latvia more...
4 November 2015, 13:11
His Excellency Mr. Klaus Iohannis, President of Romania more...
4 November 2015, 12:11
His Excellency Mr Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 August 2015, 10:08
His Excellency Mr Xi Jinping, President of the People's Republic of China more...
18 August 2015, 10:08
His Excellency Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
18 August 2015, 10:08
His Excellency Mr. Alassane Ouattara, President of the Republic of Cote d'Ivoire more...
18 August 2015, 10:08
President Ilham Aliyev allocates AZN 5mln for reconstruction of Azerbaijan State Drama Theater in Derbend more...
18 August 2015, 10:08
H.E. Mr. Barack Obama, President of the United States of America more...