“Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi"nin təsdiq olunması barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 mart tarixli 733 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 25 may tarixli 324-VIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin 2-ci maddəsində, 6-cı maddəsinin üçüncü cümləsində, 8-ci maddəsində, 8-1-ci maddəsinin birinci cümləsində, 9-cu maddəsinin birinci və ikinci hissələrində, 10-cu maddəsinin birinci cümləsində, 11-ci maddəsinin birinci cümləsində, 12-ci maddəsinin ikinci cümləsində, 13-cü maddəsinin birinci cümləsində, 13-1-ci maddəsində, 15-ci maddəsinin birinci, ikinci hissələrində və üçüncü hissəsinin birinci cümləsində, 16-cı maddəsində, 17-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Əsasnamənin 2-ci maddəsində, 6-cı maddəsinin üçüncü cümləsində, 8-ci maddəsində, 8-1-ci maddəsinin birinci cümləsində, 9-cu maddəsinin birinci və ikinci hissələrində, 10-cu maddəsinin birinci cümləsində, 11-ci maddəsinin birinci cümləsində, 12-ci maddəsinin ikinci cümləsində, 13-cü maddəsinin birinci cümləsində, 13-1-ci maddəsində, 15-ci maddəsinin birinci, ikinci hissələrində və üçüncü hissəsinin birinci cümləsində, 16-cı maddəsində, 17-1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur.

2. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 mart tarixli 733 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 182; 2018, № 9, maddə 1840) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin 2-ci maddəsində, 6-cı maddəsinin üçüncü cümləsində, 8-ci maddəsində, 8-1-ci maddəsinin birinci cümləsində, 9-cu maddəsinin birinci və ikinci hissələrində, 10-cu maddəsinin birinci cümləsində, 11-ci maddəsinin birinci cümləsində, 12-ci maddəsinin ikinci cümləsində, 13-cü maddəsinin birinci cümləsində, 13-1-ci maddəsində, 15-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində, 16-cı maddəsində, 17-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Əsasnamənin 2-ci maddəsində, 6-cı maddəsinin üçüncü cümləsində, 8-ci maddəsində, 8-1-ci maddəsinin birinci cümləsində, 9-cu maddəsinin birinci və ikinci hissələrində, 10-cu maddəsinin birinci cümləsində, 11-ci maddəsinin birinci cümləsində, 12-ci maddəsinin ikinci cümləsində, 13-cü maddəsinin birinci cümləsində, 13-1-ci maddəsində, 15-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində, 16-cı maddəsində, 17-1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 25 may tarixli 324-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2021-ci il

23 June 2021, 16:06

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...