“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 645; 2012, № 2, maddə 102; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 6, maddə 644, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1521) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti
Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Avstriya Respublikası tərəfinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 may 2021-ci il
5 May 2021, 19:0510 December 2014, 10:12
H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation more...
10 December 2014, 10:12
H.E. Mr. Boni Yayi, President of the Republic of Benin more...
10 December 2014, 10:12
His Majesty Philippe, the King of Belgium more...
10 December 2014, 10:12
His Majesty Mohammed VI, the King of Morocco more...
10 December 2014, 10:12
H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru more...
10 December 2014, 10:12
H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
10 December 2014, 10:12
H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia more...
10 December 2014, 10:12
H.E. Mr. Xi Jinping, President of the People's Republic of China more...
10 December 2014, 10:12
H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union more...
10 December 2014, 09:12
His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran more...