“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 280-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi  Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 280-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 104, № 12 (I kitab), maddə 1467) ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.15-ci bənddə “yaxın qohumu” sözləri “qohumu (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları)” sözləri ilə əvəz edilsin;

1.2. 2.18.8-ci yarımbənddə “yaxın qohumunu” sözləri “qohumunu” sözü ilə əvəz edilsin;

1.3. 3.4-cü bənddə “yaxın qohumları olan” sözləri “qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən” sözləri ilə əvəz edilsin;

1.4. 11.7-ci bəndə “qohumu” sözündən sonra “(bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları)” sözləri əlavə edilsin və həmin bənddə “uçota alındıqdan” sözləri “onlar uçota alındıqları gündən” sözləri ilə əvəz edilsin;

1.5. 15.1-ci bənddə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə, “118.1.1-ci və 118.3.1-ci maddələrinin tələbləri həmin şəxslərə də şamil edilir” sözləri “118.3.2 – 118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil edilmir” sözləri ilə əvəz edilsin;

1.6. 15.2-ci bənddə “bu Məcəllənin” sözləri “Ailə Məcəlləsinin” sözləri ilə əvəz edilsin;

1.7. 15.3-cü bənddə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 280-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 aprel 2021-ci il.

9 April 2021, 21:04

http://www.azertag.az

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...