“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 280-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 280-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 104, № 12 (I kitab), maddə 1467) ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.15-ci bənddə “yaxın qohumu” sözləri “qohumu (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları)” sözləri ilə əvəz edilsin;
1.2. 2.18.8-ci yarımbənddə “yaxın qohumunu” sözləri “qohumunu” sözü ilə əvəz edilsin;
1.3. 3.4-cü bənddə “yaxın qohumları olan” sözləri “qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən” sözləri ilə əvəz edilsin;
1.4. 11.7-ci bəndə “qohumu” sözündən sonra “(bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları)” sözləri əlavə edilsin və həmin bənddə “uçota alındıqdan” sözləri “onlar uçota alındıqları gündən” sözləri ilə əvəz edilsin;
1.5. 15.1-ci bənddə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə, “118.1.1-ci və 118.3.1-ci maddələrinin tələbləri həmin şəxslərə də şamil edilir” sözləri “118.3.2 – 118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil edilmir” sözləri ilə əvəz edilsin;
1.6. 15.2-ci bənddə “bu Məcəllənin” sözləri “Ailə Məcəlləsinin” sözləri ilə əvəz edilsin;
1.7. 15.3-cü bənddə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 280-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 aprel 2021-ci il.
9 April 2021, 21:0410 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...