Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 253; 2005, № 4, maddə 299; 2008, № 6, maddə 496; 2011, № 7, maddə 655; 2013, № 6, maddə 684; 2017, № 5, maddə 886, № 11, maddə 2071; 2019, № 3, maddə 442, № 3, maddə 448) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.2-ci bəndin “i” yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“i) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;”.
1.2. 5.5-ci bənd üzrə:
1.2.1. “a”, “b” və “ç” yarımbəndləri aşağıdakı redaksiyada verilsin:
“a) tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;
b) Akademiyada vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;”;
“ç) Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;”;
1.2.2. “ə” yarımbəndində “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;
1.2.3. “f” yarımbəndindən “ixtisasını artırmaq,” sözləri çıxarılsın;
1.2.4. “g” yarımbəndi “x” yarımbəndi hesab olunsun və aşağıdakı məzmunda “g”, “ğ” və “h” yarımbəndləri əlavə edilsin:
“g) normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
ğ) şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
h) qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;”.
1.3. 5.6-cı bənd üzrə:
1.3.1. “a” və “c” yarımbəndləri aşağıdakı redaksiyada verilsin:
“a) təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək;”;
“c) ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək;”;
1.3.2. “g” yarımbəndindən “, habelə Akademiyanın daxili qaydalarına əməl etməklə başqalarına nümunə olmaq” sözləri çıxarılsın;
1.3.3. “ğ” yarımbəndinə “tərbiyə etmək” sözlərindən sonra “, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq” sözləri əlavə edilsin;
1.3.4. “h” yarımbəndindən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın;
1.3.5. “x” yarımbəndinə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri və “yüksək tutmaq” sözlərindən sonra “, ziyalılıq nümunəsi göstərmək” sözləri əlavə edilsin;
1.3.6. “ı” yarımbəndi “q” yarımbəndi hesab olunsun və aşağıdakı məzmunda “ı”, “i”, “j” və “k” yarımbəndləri əlavə edilsin:
“ı) təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
i) daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;
j) Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;
k) attestasiyadan keçmək;”.
1.4. 6.6-cı bənd üzrə:
1.4.1. “a”, “c” və “d” yarımbəndləri aşağıdakı redaksiyada verilsin:
“a) təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;”;
“c) Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan kitabxanalardan və s.) istifadə etmək;”;
“d) Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək;”;
1.4.2. “e” yarımbəndinə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;
1.4.3. “ə” yarımbəndi “j” yarımbəndi hesab olunsun və aşağıdakı məzmunda “ə” – “x” yarımbəndləri əlavə edilsin:
“ə) müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;
f) həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
g) şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
ğ) biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
h) təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;
x) “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”.
1.5. 6.17-ci bəndin birinci cümləsinə “diplom” sözündən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi – ” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 fevral 2021-ci il.
5 February 2021, 16:0228 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...