Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə, 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə, 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə, 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nda, 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə, 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə, 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə və 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 13; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1350, № 9, maddə 1647; 2019, №3, maddə 411) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 22-ci bənd üzrə:

1.1.1. birinci cümlədə “dövləti nümunəli sənəd” sözləri “təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin;

1.1.2. ikinci cümlədə “müəyyən olunmuş nümunəyə uyğun” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri ilə əvəz edilsin;

1.2. 30-cu bənddə “qanunvericiliyi, Akademiyanın Nizamnaməsi,” sözləri “Əmək Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə bu Nizamnamə, Akademiyanın” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 979; 2009, № 10, maddə 773; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1358; 2020, № 2, maddə 106) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 45.1 – 45.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“45.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

45.2. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək;

45.3. dəyişən heyətdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

45.4. dəyişən heyətdə Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

45.5. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

45.6. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;”;

2.2. aşağıdakı məzmunda 45.6-1 – 45.6-5-ci bəndlər əlavə edilsin:

“45.6-1. dəyişən heyətin şərəf və ləyaqətinə hörmət etmək;

45.6-2. dəyişən heyəti fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;

45.6-3. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək;

45.6-4. attestasiyadan keçmək;

45.6-5. Akademiyanın rəhbərliyi və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq.”;

2.3. 46.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“46.1. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;”;

2.4. aşağıdakı məzmunda 46.1-1-ci bənd əlavə edilsin:

“46.1-1. bu Nizamnaməyə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, təkliflər irəli sürmək; ”;

2.5. 46.2 – 46.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“46.2. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

46.3. Akademiyada vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;

46.4. əlavə təhsil almaq və elmi dərəcəsini yüksəltmək”;

2.6. aşağıdakı məzmunda 46.5-1-ci və 46.7-1-ci bəndlər əlavə edilsin:

“46.5-1. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;”;

“46.7-1. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;”;

2.7. 49.1-ci bənddən “müəyyən edilmiş müddətlərdə bütün tədris tapşırıqlarını yerinə yetirmək,” sözləri çıxarılsın;

2.8. 49.2-ci bəndə “əməl etmək” sözlərindən əvvəl “, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara” sözləri əlavə edilsin;

2.9. 49.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“49.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;”;

2.10. aşağıdakı məzmunda 49.5-1 – 49.5-3-cü bəndlər əlavə edilsin:

“49.5-1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

49.5-2. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

49.5-3. sağlam həyat tərzi keçirmək;”;

2.11. 50.1-ci, 50.2-ci və 50.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“50.1. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

50.2. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;”;

“50.4. Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;”;

2.12. aşağıdakı məzmunda 50.5-1 – 50.5-3-cü bəndlər əlavə edilsin:

“50.5-1. həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

50.5-2. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

50.5-3. təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;”.

3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 524; 2011, № 2, maddə 85; 2013, № 6, maddə 632; 2015, № 2, maddə 126; 2016, № 2 (II kitab), maddə 238, № 9, maddə 1478; 2017, № 5, maddə 784, № 7, maddə 1359; 2019, № 3, maddə 401; 2020, № 2, maddə 106) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 8.8-ci bənd üzrə:

3.1.1. aşağıdakı məzmunda 8.8.1-1-ci yarımbənd əlavə edilsin:

“8.8.1-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;”;

3.1.2. 8.8.2-ci yarımbənddə “tədrisin yüksək səviyyədə aparılmasını, tədris planları və proqramlarının səmərəli və tam yerinə yetirilməsini təmin etmək” sözləri “təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək” sözləri ilə əvəz edilsin;

3.1.3. 8.8.3 – 8.8.6-cı, 8.8.8-ci və 8.8.9-cu yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“8.8.3. dəyişən heyəti fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, zərərli vərdişlərdən çəkindirmək, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;

8.8.4. dəyişən heyətdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

8.8.5. dəyişən heyətdə Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

8.8.6. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;”;

“8.8.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək;

8.8.9. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;”;

3.2. aşağıdakı məzmunda 8.8.9-1 – 8.8.9-3-cü yarımbəndlər əlavə edilsin:

“8.8.9-1. dəyişən heyətin şərəf və ləyaqətinə hörmət etmək;

8.8.9-2. Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;

8.8.9-3. attestasiyadan keçmək;”;

3.3. 8.9-cu bənd üzrə:

3.3.1. 8.9.1-ci yarımbənddə “seçmək və tətbiq etmək” sözləri “, tədrisin formasını sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri ilə əvəz edilsin;

3.3.2. 8.9.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.9.2. Akademiyada vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;”;

2.4. aşağıdakı məzmunda 8.9.2-1 – 8.9.2-5-ci yarımbəndlər əlavə edilsin:

“8.9.2-1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

8.9.2-2. bu Nizamnaməyə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, təkliflər irəli sürmək;

8.9.2-3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

8.9.2-4. əlavə təhsil almaq və elmi dərəcəsini yüksəltmək;

8.9.2-5. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;”;

2.5. 9.7.1 – 9.7.6-cı yarımbəndlər və 9.7.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“9.7.1. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

9.7.2. Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;

9.7.3. elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;

9.7.4. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

9.7.5. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

9.7.6. Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək;”;

2.6. 9.7.7-ci yarımbənddən “və sağlamlıq” sözləri çıxarılsın;

2.7. 9.7.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“9.7.8. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;”;

2.8. aşağıdakı məzmunda 9.7.9-1 – 9.7.9-4-cü yarımbəndlər əlavə edilsin:

“9.7.9-1. həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

9.7.9-2. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

9.7.9-3. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

9.7.9-4. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”;

2.9. 9.8.1 – 9.8.4-cü yarımbəndlər və 9.8.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“9.8.1. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;

9.8.2. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

9.8.3. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

9.8.4. daimi heyətin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;”;

“9.8.9. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;”;

2.10. 9.8.8-ci yarımbənddən “, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına” sözləri çıxarılsın;

2.11. aşağıdakı məzmunda 9.8.10-1-ci yarımbənd əlavə edilsin:

“9.8.10-1. sağlam həyat tərzi keçirmək;”;

2.12. 9.15-ci bənddə “təhsil sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi – diplom” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 403, № 7, maddə 619; 2012, № 5, maddə 422, № 12, maddə 1233; 2014, № 5, maddə 483; 2016, № 9, maddə 1476; 2017, № 12 (I kitab), maddə 2307) ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın 8-ci hissəsinə “texnologiyaları” sözündən sonra “, rəqəmsal tədris resursları” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 689; 2013, № 6, maddə 633; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 786, 802, № 7, maddə 1362; 2019, № 3, maddə 401; 2020, № 2, maddə 106, № 5, maddə 698) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;”;

5.2. 7.27-ci bəndə “diplom” sözündən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi –” sözləri əlavə edilsin;

5.3. 8.1-ci bənd üzrə:

5.3.1. aşağıdakı məzmunda 8.1.1-1-ci və 8.1.1-2-ci yarımbəndlər əlavə edilsin:

“8.1.1-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

8.1.1-2. sağlam həyat tərzi keçirmək;”;

5.3.2. 8.1.2-ci yarımbənddən “tədris tapşırıqlarını vaxtında yerinə yetirmək,” sözləri çıxarılsın;

5.3.3. 8.1.5-ci yarımbənddə “və cəmiyyət” sözləri “, cəmiyyət, ailə və özü” sözləri ilə əvəz edilsin;

5.4. 8.2-ci bənd üzrə:

5.4.1. 8.2.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

5.4.2. 8.2.2-ci yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

5.4.3. 8.2.3-cü və 8.2.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“8.2.3. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;”;

“8.2.6. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;”;

5.4.4. 8.2.5-ci yarımbəndə “həyatında” sözündən sonra “, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında” sözləri əlavə edilsin;

5.4.5. aşağıdakı məzmunda 8.2.7-1 – 8.2.7-4-cü yarımbəndlər əlavə edilsin:

8.2.7-1. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

8.2.7-2. həyat və sağlamlığı üçün təhlükəsiz, zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

8.2.7-3. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

8.2.7-4. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”;

5.5. 8.3-cü bənd üzrə:

5.5.1. 8.3.1-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

5.5.2. 8.3.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “, qabaqcıl pedaqoji təcrübə, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək” sözləri əlavə edilsin;

5.5.3. 8.3.6-cı yarımbənddən “, Məktəbin daxili qaydalarına əməl etməklə, başqalarına şəxsi nümunə olmaq” sözləri çıxarılsın;

5.5.4. 8.3.7-ci yarımbənddə “ruhunda tərbiyə etmək” sözləri “və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata” sözləri ilə əvəz edilsin;

5.5.5. 8.3.9-cu yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın və həmin yarımbənddə “cəmiyyətə hörmət” sözləri “mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı” sözləri ilə əvəz edilsin;

5.5.6. 8.3.10-cu yarımbəndə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

5.5.7. 8.3.12-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

5.5.8. aşağıdakı məzmunda 8.3.14-1 – 8.3.14-3-cü yarımbəndlər əlavə edilsin:

“8.3.14-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

8.3.14-2. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

8.3.14-3. Məktəbin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;”;

5.6. 8.4-cü bənd üzrə:

5.6.1. 8.4.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

5.6.2. 8.4.3-cü yarımbəndə “seçmək” sözündən sonra “, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri əlavə edilsin;

5.6.3. 8.4.5-ci yarımbənddən “uyğun olduqda Elmi Şuraya və digər” sözləri çıxarılsın;

5.6.4. 8.4.6-cı yarımbəndə “əlavə təhsil almaq” sözlərindən sonra “, elmi dərəcəsini yüksəltmək” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 804; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 787, 802, № 7, maddə 1363; 2018, № 4, maddə 698; 2019, № 3, maddə 401; 2020, № 2, maddə 106, № 5, maddə 698, № 7, maddə 868) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;”;

6.2. 6.15-ci bəndə “təhsil haqqında” sözlərindən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

6.3. 6.17-ci bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri ilə əvəz edilsin;

6.4. 8.5-ci bənd üzrə:

6.4.1. 8.5.2-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

6.4.2. 8.5.5-ci yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın;

6.4.3. 8.5.6-cı yarımbəndə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

6.4.4. 8.5.8-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

6.4.5. 8.5.9-cu yarımbəndə “aparmaq,” sözündən sonra “qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək,” sözləri əlavə edilsin;

6.4.6. 8.5.11-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.5.11. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;”;

6.4.7. aşağıdakı məzmunda 8.5.12-ci yarımbənd əlavə edilsin:

“8.5.12. Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq.”;

6.5. 8.6-cı bənd üzrə:

6.5.1. 8.6.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

6.5.2. 8.6.3-cü yarımbəndə “seçmək” sözündən sonra “, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri əlavə edilsin;

6.5.3. 8.6.5-ci yarımbənddə “və uyğun gəldikdə seçkili” sözləri “, seçkili” sözü ilə əvəz edilsin;

6.6. aşağıdakı məzmunda 8.12.1-1 – 8.12.1-3-cü yarımbəndlər əlavə edilsin:

“8.12.1-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

8.12.1-2. sağlam həyat tərzi keçirmək;

8.12.1-3. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək.”;

6.7. 8.13-cü bənd üzrə:

6.7.1. 8.13.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

6.7.2. 8.13.3-cü yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

6.7.3. 8.13.6-cı yarımbənddə “sağlamlıq” sözü “həyatı və sağlamlığı” sözləri ilə əvəz edilsin;

6.7.4. 8.13.9-cu yarımbəndə “həyatında” sözündən sonra “, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında” sözləri əlavə edilsin;

6.7.5. 8.13.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.13.10. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;”;

6.7.6. aşağıdakı məzmunda 8.13.11-ci və 8.13.12-ci yarımbəndlər əlavə edilsin:

“8.13.11. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

8.13.12. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq.”.

7. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 793; 2017, № 5, maddələr 788, 802, № 7, maddə 1364; 2019, № 2, maddə 221, № 3, maddə 402, № 7, maddə 1230; 2020, № 2, maddə 103) ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

7.1. 5.5-ci bəndin birinci cümləsində “Universiteti bitirməsi barədə dövlət nümunəli sənəd” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin;

7.2. 7.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“7.6. Universitet “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sahibkarlıq fəaliyyəti növləri ilə və innovasiya fəaliyyəti ilə məşğul ola bilər. Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün Universitetin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər. Universitetin işçilərinin səmərələşdirici təkliflərlə çıxış etmək və innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.”.

8. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585; 2016, № 7, maddə 1250, № 11, maddə 1803; 2017, № 5, maddələr 789, 802, № 7, maddə 1366; 2018, № 4, maddə 697; 2019, № 3, maddə 402, № 5, maddə 856, № 7, maddə 1230; 2020, № 2, maddə 103, № 5, maddə 698, № 7, maddə 868) ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

8.1. 5.2.1-ci yarımbənddə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilsin;

8.2. 6.8-ci bəndin birinci cümləsində “ali təhsil müəssisəsini bitirməsi barədə dövlət nümunəli sənəd” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin;

8.3. 8.5-ci bənd üzrə:

8.3.1. 8.5.2-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

8.3.2. 8.5.5-ci yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın və həmin yarımbəndə “Konstitusiyasına” sözündən əvvəl “müstəqilliyinə,” sözü əlavə edilsin;

8.3.3. 8.5.6-cı yarımbəndə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

8.3.4. 8.5.8-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

8.3.5. 8.5.9-cu yarımbənddə “aparmaq,” sözündən sonra “qabaqcıl pedaqoji təcrübə, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək,” sözləri əlavə edilsin;

8.3.6. 8.5.10-cu və 8.5.11-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“8.5.10. attestasiyadan (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə sertifikatlaşdırmadan) keçmək;

8.5.11. Akademiyanın daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;”;

8.3.7. aşağıdakı məzmunda 8.5.12-ci və 8.5.13-cü yarımbəndlər əlavə edilsin:

“8.5.12. valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq;

8.5.13. Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq.”;

8.4. 8.6-cı bənd üzrə:

8.4.1. 8.6.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

8.4.2. 8.6.3-cü yarımbəndə “seçmək” sözündən sonra “, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri əlavə edilsin;

8.4.3. 8.6.5-ci yarımbənddə “və uyğun gəldikdə seçkili” sözləri “, seçkili” sözü ilə əvəz edilsin;

8.5. 8.11.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.11.5 – 8.11.7-ci yarımbəndlər əlavə olunsun:

“8.11.5. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

8.11.6. sağlam həyat tərzi keçirmək;

8.11.7. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək.”;

8.6. 8.12-ci bənd üzrə:

8.6.1. 8.12.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

8.6.2. 8.12.3-cü yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

8.6.3. 8.12.4-cü yarımbənddən “ali” sözü çıxarılsın;

8.6.4. 8.12.6-cı yarımbənddə “sağlamlıq” sözü “həyat və sağlamlığı” sözləri ilə əvəz edilsin;

8.6.5. 8.12.9-cu yarımbənddə “iştirak etmək” sözləri “, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq” sözləri ilə əvəz edilsin;

8.6.6. 8.12.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.12.10. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;”;

8.6.7. aşağıdakı məzmunda 8.12.11 – 8.12.14-cü yarımbəndlər əlavə edilsin:

“8.12.11. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

8.12.12. müəyyən edilmiş qaydada Akademiyada təhsilini müvəqqəti dayandırmaq;

8.12.13. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;

8.12.14. bilik və bacarıqlarını təkmilləşdirmək üçün məktəbdənkənar təhsil müəssisələrinin imkanlarından istifadə etmək.”;

8.7. 9.5-ci bəndə “sahibkarlıq” sözündən sonra “və innovasiya” sözləri əlavə olunsun və aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün Akademiyanın nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər. Akademiyanın işçilərinin səmərələşdirici təkliflərlə çıxış etmək və innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.”.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2021-ci il.

5 February 2021, 16:02

http://www.azertag.az

61—70 of 75

10 December 2014, 10:12

H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation   more...

10 December 2014, 10:12

H.E. Mr. Boni Yayi, President of the Republic of Benin   more...

10 December 2014, 10:12

His Majesty Philippe, the King of Belgium   more...

10 December 2014, 10:12

His Majesty Mohammed VI, the King of Morocco   more...

10 December 2014, 10:12

H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru   more...

10 December 2014, 10:12

H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

10 December 2014, 10:12

H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia   more...

10 December 2014, 10:12

H.E. Mr. Xi Jinping, President of the People's Republic of China   more...

10 December 2014, 10:12

H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union   more...

10 December 2014, 09:12

His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran   more...