“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 804-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1.6-cı maddədə “ödənişini almaq hüququ” sözləri “ödənişi verilməli” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 2.3-cü maddə əlavə edilsin:

“2.3. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.”.

3. Aşağıdakı məzmunda 82.2-2-ci maddə əlavə edilsin:

“82.2-2. Sığortaçı ilə sığorta agenti arasında bağlanan vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsində aşağıdakılar əks olunmalıdır:

82.2-2.1. tapşırıq müqaviləsinin nömrəsi və tarixi;

82.2-2.2. sığortaçının adı və ünvanı;

82.2-2.3. sığorta agenti fiziki şəxs olduqda, onun adı, atasının adı, soyadı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, lisenziyasının seriya və nömrəsi və VÖEN-i;

82.2-2.4. sığorta agenti hüquqi şəxs olduqda, onun adı, olduğu yer, lisenziyasının seriya və nömrəsi, VÖEN-i, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğuldursa, icra orqanının rəhbərinin, əsas fəaliyyəti digər fəaliyyət növüdürsə, icra orqanının rəhbəri ilə yanaşı, sığorta agenti lisenziyasına malik olan işçisinin adı, soyadı və atasının adı;

82.2-2.5. tapşırıq müqaviləsinin predmeti;

82.2-2.6. sığorta agentinin müştərilərə təklif edəcəyi sığorta növlərinin siyahısı;

82.2-2.7. tapşırıq müqaviləsi üzrə sığorta agentinə ödənilməli olan komisyon muzdun məbləği;

82.2-2.8. tərəflərin hüquq və vəzifələri;

82.2-2.9. müqavilə şərtlərini pozmağa görə tərəflərin məsuliyyəti;

82.2-2.10. tapşırıq müqaviləsinin qüvvədə olduğu ərazi;

82.2-2.11. tapşırıq müqaviləsinin qüvvədə olduğu müddət;

82.2-2.12. tərəflərin rekvizitləri.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 iyun 2014-cü il.

 

10 July 2014, 09:07

http://www.azertag.net

11—20 of 75

28 February 2018, 08:02

His Excellency Mr Danilo Medina, President of the Dominican Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Milos Zeman, President of the Czech Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland   more...

16 March 2017, 09:03

From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban   more...

16 March 2017, 09:03

From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress   more...

2 December 2016, 10:12

His Excellency Mr Klaus Iohannis, President of Romania   more...

2 December 2016, 10:12

His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil   more...

2 December 2016, 10:12

His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

25 October 2016, 09:10

His Excellency Mr. Janos Ader, President of Hungary   more...

25 October 2016, 09:10

From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...