Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816; 2017, № 2, maddələr 173, 185, № 5, maddələr 776, 817, № 8, maddə 1521; 2018, № 2, maddə 189, № 3, maddə 449, № 4, maddələr 662, 682, № 8, maddə 1688, № 9, maddə 1840, № 10, maddə 1985, № 11, maddə 2264, № 12 (I kitab), maddələr 2565, 2585; 2019, № 6, maddə 1009; 2020, № 6, maddə 705; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 noyabr tarixli 1187 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 11.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“11.6. Azərbaycan Respublikasının Mərkəzi Bankı – “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mərkəzləşdirilmiş kredit reyestrində qeydiyyata alınan şəxslər, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması ilə bağlı yüklülük sahibi, borclu və yüklülük verən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari sığorta növlərinə dair bağlanılmış icbari sığorta müqavilələri üzrə sığortalılar, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması ilə bağlı mülkiyyətçilər, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən göstərilən elektron imzalar üzrə sertifikat xidmətlərindən istifadə edən şəxslər, məsafədən maliyyə xidmətlərinin əldə edilməsi üçün müraciət edən şəxslər, vergi, rüsum, gömrük yığımları, icarə haqqı və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanılması və fiziki şəxslər, hüquqi şəxslər və dövlət qurumları arasında hesablaşmaların aparılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış informasiya sistemlərində ödəniş aparan və ya qeydiyyata alınan şəxslər Azərbaycan Respublikasının vətəndaşları olduqda ─ şəxsiyyət vəsiqələri üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda - Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər, o cümlədən qaçqın vəsiqəsi üzrə məlumatlar;”.
2. 11.7-ci bənd ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 yanvar 2021-ci il.
28 January 2021, 18:016 May 2015, 09:05
Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany more...
6 May 2015, 09:05
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
6 May 2015, 09:05
His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran more...
6 May 2015, 09:05
His Holiness Pope Francis more...
6 May 2015, 09:05
His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore more...
6 May 2015, 09:05
H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic more...
6 May 2015, 09:05
His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic more...
6 May 2015, 09:05
His Excellency Mr Michael Higgins, President of Ireland more...
10 December 2014, 09:12
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands” more...