“Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanını “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 822-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 63 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 505; 2003, № 10, maddə 571; 2004, № 7, maddə 526; 2009, № 4, maddə 226; 2010, № 12, maddə 1064; 2012, № 7, maddə 679) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci, üçüncü və dördüncü abzaslar müvafiq olaraq 2.1-ci, 2.2-ci və 2.3-cü bəndlər hesab edilsin.

2. 2.1-ci bənddə:

2.1. “4-cü maddəsinin 1-ci bəndində “bu Qanuna və” sözlərindən sonra,” və “və 39-cu maddəsində,” sözləri çıxarılsın;

2.2. “10-cu maddəsinin 5-ci bəndində və” sözləri “10-cu maddəsinin 3-cü və 5-ci bəndlərində,” sözləri ilə əvəz edilsin;

2.3. “18-ci maddəsində,” sözlərindən sonra “20-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasında,” sözləri əlavə edilsin.

3. 2.2-ci bənddə:

3.1. “4-cü maddəsinin 1-ci bəndində “sənaye mülkiyyəti sahəsində” sözlərindən sonra və 2-ci bəndində” sözləri “4.2-ci maddəsində” sözləri ilə, “27-ci maddəsinin 1-ci bəndində, 2-ci bəndinin birinci, üçüncü və dördüncü abzaslarında” sözləri “27-ci maddəsinin 1-ci bəndinin birinci və ikinci cümlələrində, 2-ci bəndinin birinci abzasında (hər iki halda) və ikinci abzasında (hər iki halda)” sözləri ilə əvəz edilsin;

3.2. “32-ci maddəsinin 1-ci bəndinin birinci və ikinci abzaslarında və 3-cü bəndində” sözlərindən əvvəl “30-1-ci maddəsində,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 iyul 2014-cü il.

9 July 2014, 09:07

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...