“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348; 1999, № 11, maddə 609; 2000, № 11, maddə 776; 2001, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002, № 12, maddə 706; 2004, № 7, maddə 505, № 12, maddə 976; 2005, № 1, maddə 2, № 12, maddə 1082; 2006, № 11, maddə 923, № 12, maddə 1018; 2007, № 1, maddə 4, № 12, maddə 1193; 2008, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 970; 2010, № 4, maddə 276, № 11, maddə 949; 2011, № 10, maddə 883; 2013, № 11, maddə 1284, № 12, maddə 1487; 2014, № 10, maddə 1171; 2016, № 4, maddə 657, № 6, maddə 971; 2017, № 3, maddə 336, № 7, maddə 1279; 2018, № 3, maddələr 369, 396, № 5, maddələr 870, 894, № 12 (I kitab), maddə 2502; 2019, № 1, maddə 35, № 3, maddə 380; 2020, № 5, maddə 521, № 6, maddə 667, № 7, maddə 826, № 8, maddə 1015) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 19.1-ci maddədə “vahid fondda” sözləri “dövlət sosial müdafiə fondunda” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Dövlət sosial müdafiə fondu dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur.”;

1.2. 19.2-ci maddədə “vahid fondda” sözləri “dövlət sosial müdafiə fondunda” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2020-ci il.

31 December 2020, 15:12

http://www.azertag.az

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...