“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6.2-ci maddənin birinci cümləsində “19-cu və 20-ci maddələrində” sözləri “20-ci maddəsində” sözləri ilə əvəz edilsin;

1.2. 13.2-ci maddənin ikinci cümləsində “192-yə” sözləri ”200-ə” sözləri ilə əvəz edilsin;

1.3. 14.1-ci maddədən “öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan)” sözləri çıxarılsın;

1.4. 19-cu maddə ləğv edilsin;

1.5. 22-1.2.1-ci maddədə “2020-ci” sözləri “2022-ci” sözləri ilə və “2021-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilsin;

1.6. 26.2-ci maddədən “bu Qanunun 19-cu maddəsinə uyğun” sözləri çıxarılsın;

1.7. 30.1-ci maddənin birinci cümləsindən “şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən” sözləri çıxarılsın;

1.8. 31.1-1-ci maddəyə “təyinatı” sözündən sonra “, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması” sözləri əlavə edilsin;

1.9. 37.8-ci maddədə “gündən” sözü “aydan sonrakı ayın 1-dən” sözləri ilə əvəz edilsin;

1.10. 39.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur.”.

Maddə 2. Keçid müddəalar

2.1. Bu Qanunun 1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir:

2.1.1. 2021-ci il yanvarın 1-dək təyin edilmiş əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının yenidən hesablanmasına;

2.1.2. 2021-ci il yanvarın 1-dək hüququ yaranmış şəxslərə 2021-ci il yanvarın 1-dən sonra əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə və yenidən hesablanmasına;

2.1.3. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il yanvarın 1-dək əlilliyə və ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmiş şəxslərə bu tarixdən əvvələ əmək pensiyasının təyin edilməsinə.

2.2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir.

Maddə 3. Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2020-ci il.

31 December 2020, 15:12

http://www.azertag.az

11—20 of 75

28 February 2018, 08:02

His Excellency Mr Danilo Medina, President of the Dominican Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Milos Zeman, President of the Czech Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland   more...

16 March 2017, 09:03

From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban   more...

16 March 2017, 09:03

From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress   more...

2 December 2016, 10:12

His Excellency Mr Klaus Iohannis, President of Romania   more...

2 December 2016, 10:12

His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil   more...

2 December 2016, 10:12

His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

25 October 2016, 09:10

His Excellency Mr. Janos Ader, President of Hungary   more...

25 October 2016, 09:10

From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...