Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 409, № 12, maddə 753; 2005, № 3, maddə 160; 2010, № 2, maddə 80; 2011, № 10, maddə 903; 2017, № 5, maddə 780; 2018, № 12, maddə 2607) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.2-ci yarımbəndin ikinci abzasından “İbka” sözü çıxarılsın.

2. 2.1.4-cü yarımbəndin birinci abzasında “mərkəzi (milli) banklar” sözlərindən sonra “, milli depozit mərkəzləri” sözləri əlavə edilsin.

3. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.4. Neft Fondunun investisiya siyasətində valyuta vəsaitinin idarə edilməsinin aşağıdakı ümumi prinsipləri və istiqamətləri öz əksini tapmalıdır:

investisiya portfelinin proqnozlaşdırılan həcmi;

investisiya portfelinin aktivlər və valyutalar üzrə tərkibi və bölgü nisbəti;

investisiya portfelinin hədəf gəlirliliyi;

investisiya portfelinin risklərinin idarə edilməsi üzrə tələbləri;

Neft Fondunun investisiya portfelinin idarə edilməsinə xarici menecerlər cəlb edildiyi təqdirdə, xarici menecerlərə idarəetməyə verilən investisiya portfelinin hissəsi və idarəetməyə verilmə müddəti də daxil olmaqla xarici menecerlər üzrə tələblər.”.

4. 3.2-ci bənd üzrə:

4.1. ikinci abzasdan “(göstərilən ardıcıllığa əməl etmək şərti ilə)” sözləri çıxarılsın;

4.2. dördüncü abzasdan “investisiya portfelinin maksimum ortaçəkili müddətinin (durasiyasının) və” sözləri çıxarılsın;

4.3. beşinci abzasda “investisiya portfelinin müddətinin” sözləri “müvafiq alt portfel üzrə ortaçəkili müddətin (durasiyanın)” sözləri ilə əvəz edilsin.

5. 3.3-cü bəndin yeddinci, səkkizinci və doqquzuncu abzasları müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:

“səhmlərə, kredit reytinqinə malik olmayan borc öhdəliklərinə və daşınmaz əmlaka investisiya edən pay fondlarında, alternativ investisiya fondlarında, o cümlədən səhm (pay) üzrə müştərək investisiyalarda iştirak payları;

daşınmaz əmlak;

London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələr (qızıl);”.

6. 3.4.2-ci yarımbənddə “valyuta arbitrajı, svop, forvard, fyuçers” sözləri “törəmə maliyyə alətləri” sözləri ilə, “valyuta bazarlarında” sözləri “maliyyə bazarlarında” sözləri ilə əvəz edilsin.

7. 4.2-ci bənd üzrə:

7.1. “gəlirliliyi” sözündən sonra “(gəlirlilik)” sözü əlavə edilsin;

7.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Gəlirliliyin hesablanmasında məzənnə dəyişikliyindən yaranan fərq kimi hesablanan qızıl üzrə gəlirlilik nəzərə alınmır.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2020-ci il.

31 December 2020, 15:12

http://www.azertag.az

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...