“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 11, maddə 387, № 12, maddə 454; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 2001, № 11, maddə 683; 2002, № 8, maddə 463; 2004, № 2, maddə 57, № 5, maddə 321, № 8, maddə 598; 2005, № 4, maddə 278, № 6, maddə 464; 2006, № 3, maddə 225; 2007, № 11, maddələr 1049, 1053; 2010, № 4, maddə 276; 2012, № 5, maddə 414; 2014, № 11, maddə 1332; 2015, № 4, maddə 366; 2017, № 5, maddə 684; 2018, № 6, maddə 1158, № 7 (I kitab), maddələr 1406, 1429) aşağıdakı dəyişikliklər edilsin:

1. 17-1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“17-1.2. Yeni çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin yekunlarına əsasən Azərbaycan Respublikasının Milli Məclisi səlahiyyətli tərkibdə formalaşdırıldığı gündən etibarən bu Qanunun 17-1.1-ci maddəsinə uyğun olaraq ayrılmış vəsait aşağıdakı qaydada bölünür və bu Qanunun 17-1.4-cü maddəsinə uyğun olaraq köçürülür:

17-1.2.1. vəsaitin 5 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünür;

17-1.2.2. vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür;

17-1.2.3. vəsaitin 50 faizi Azərbaycan Respublikası Milli Məclisinin say tərkibinə (125-ə) bölünür və bunun nəticəsində alınan məbləğ Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara ayrılır. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar, habelə digər səbəblərdən Azərbaycan Respublikasının Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayı artdıqda və ya azaldıqda bu vəsaitin həmin siyasi partiyalara ayrılması zamanı da bu maddənin birinci cümləsində nəzərdə tutulmuş qayda tətbiq olunur. Bu maddənin birinci cümləsində siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin müvafiq rüb üzrə istifadə olunmamış hissəsi həmin rübün sonunda Azərbaycan Respublikasının Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq proporsional qaydada siyasi partiyalara ayrılır;

17-1.2.4. vəsaitin 5 faizi Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara bu Qanunun 17-1.2.2-ci maddəsinə əsasən aparılmış bölgü nəticəsində hər bir siyasi partiyanın müvafiq rüb üzrə payına düşən həcmdə ayrılır.”.

2. Aşağıdakı məzmunda 17-1.2-1-ci, 17-1.2-2-ci, 17-1.2-3-cü və 17-1.2-4-cü maddələr əlavə edilsin:

“17-1.2-1. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara bu Qanunun 17-1.2.4-cü maddəsinə uyğun olaraq ayrılacaq vəsait həmin seçkilərin yekunları Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən sonrakı rübdən hesablanır.

17-1.2-2. Fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara deputatların sayına görə ayrılacaq vəsait həmin deputatların:

17-1.2-2.1. dövlət qeydiyyatından keçmiş siyasi partiyanın üzvü kimi qeydə alındığı tarixdən sonrakı rübdən və ya;

17-1.2-2.2. üzv olduğu siyasi partiyanın dövlət qeydiyyatına alındığı tarixdən sonrakı rübdən hesablanır.

17-1.2-3. İl ərzində bu Qanunun 17-1.2.4-cü maddəsinin tətbiqi zamanı vəsait çatışmazlığı yarandıqda həmin çatışmazlıq bu Qanunun 17-1.2.1-ci maddəsinə uyğun olaraq dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsait üzrə mövcud olan qənaət hesabına, həmin mənbə kifayət etmədikdə isə dövlət büdcəsindən ayrılan əlavə vəsait hesabına aradan qaldırılır.

17-1.2-4. Dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin ilin sonuna qənaət olunmuş hissəsi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında dördüncü rübün sonunda bərabər bölünür.”.

3. 17-1.4-cü maddəyə “17-1.2-ci” sözlərindən sonra “, 17-1.2-4-cü” sözləri əlavə edilsin.

4. 17-1.5-ci maddədə “partiyalar” sözü “partiya” sözü ilə və “qaytarılır” sözü “qaytarılmaqla bu Qanunun 17-1.2-4-cü maddəsinə uyğun olaraq istifadə olunur” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2020-ci il.

31 December 2020, 15:12

http://www.azertag.az

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...