“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 239-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 239-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 19.1-ci maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
2. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349; 2006, № 7, maddə 587; 2007, № 12, maddə 1226; 2009, № 8, maddə 630; 2016, № 6, maddə 1021, № 9, maddə 1464; 2018, № 12 (I kitab), maddə 2578; 2019, № 7, maddə 1220; 2020, № 5, maddə 562, № 6, maddə 688, № 8, maddə 1028) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-1-ci bənddən “13.3-cü maddəsində (ikinci halda),” sözləri çıxarılsın;
2.2. 2.1-3-cü bəndə “Qanunun” sözündən sonra “13.3-cü maddəsində (ikinci halda) və” sözləri əlavə edilsin;
2.3. aşağıdakı məzmunda 2.1-4-cü bənd əlavə edilsin:
“2.1-4. həmin Qanunun 19.1-ci maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”
2.4. 2.3-cü bənddən “(birinci halda)” sözləri çıxarılsın;
2.5. 2.4-cü bənddə “13.3-cü (hər iki halda)” sözləri “13.3-cü (birinci halda)” sözləri ilə, “19.1-ci maddəsində” sözləri “19.1-ci maddəsinin birinci və üçüncü cümlələrində” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 239-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2020-ci il.
31 December 2020, 15:126 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...