Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:
1. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 dekabr 2020-ci il.
2 December 2020, 12:12
10 December 2014, 10:12
H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation more...
10 December 2014, 10:12
H.E. Mr. Boni Yayi, President of the Republic of Benin more...
10 December 2014, 10:12
His Majesty Philippe, the King of Belgium more...
10 December 2014, 10:12
His Majesty Mohammed VI, the King of Morocco more...
10 December 2014, 10:12
H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru more...
10 December 2014, 10:12
H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
10 December 2014, 10:12
H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia more...
10 December 2014, 10:12
H.E. Mr. Xi Jinping, President of the People's Republic of China more...
10 December 2014, 10:12
H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union more...
10 December 2014, 09:12
His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran more...