“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477; 2001, № 11, maddə 687, № 12, maddələr 731, 736; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 561, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2010, №4, maddə 275; 2013, № 5, maddə 477; 2016, № 11, maddə 1765; 2018, № 5, maddə 872, № 12 (I kitab), maddə 2505; 2019, № 8, maddə 1382, № 12, maddə 1908; 2020, № 5, maddə 507, № 6, maddə 670, № 7, maddə 827) 5-ci maddəsinin ikinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2020-ci il.
24 November 2020, 19:113 December 2015, 09:12
His Excellency Mr Choummaly Sayasone, President of the Lao People's Democratic Republic more...
20 November 2015, 11:11
His Highness Qaboos bin Said, Sultan of Oman more...
20 November 2015, 11:11
His Excellency Mr Raimonds Vējonis, President of the Republic of Latvia more...
4 November 2015, 13:11
His Excellency Mr. Klaus Iohannis, President of Romania more...
4 November 2015, 12:11
His Excellency Mr Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 August 2015, 10:08
His Excellency Mr Xi Jinping, President of the People's Republic of China more...
18 August 2015, 10:08
His Excellency Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
18 August 2015, 10:08
His Excellency Mr. Alassane Ouattara, President of the Republic of Cote d'Ivoire more...
18 August 2015, 10:08
President Ilham Aliyev allocates AZN 5mln for reconstruction of Azerbaijan State Drama Theater in Derbend more...
18 August 2015, 10:08
H.E. Mr. Barack Obama, President of the United States of America more...