Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 199

Bakı şəhəri, 25 iyun 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli   235   nömrəli   qərarı   ilə   təsdiq  edilmiş  "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il  14 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №12, maddə 1117; 2011, №9, maddə 853; 2013, №7, maddə 883, №10, maddə 1232; 2014, №1, maddə 57) ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə" bölməsindən sonra aşağıdakı məzmunda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üzrə" bölməsi əlavə edilsin:

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üzrə

1.

Silahlı Qüvvələrin Hərbi Akademiyası

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

 

1.2. "Azərbaycan  Milli   Elmlər  Akademiyası  üzrə"  bölməsində "Ə.Hüseynov adına  Kibernetika  İnstitutu"  sözləri  "İdarəetmə  Sistemləri   İnstitutu"   sözləri    ilə, "Akad. M.Nağıyev adına  Kimya  Problemləri  İnstitutu"  sözləri   "Akademik M.Nağıyev   adına   Kataliz   və  Qeyri-üzvi   Kimya İnstitutu" sözləri ilə, "Geologiya İnstitutu" sözləri  "Geologiya və Geofizika İnstitutu" sözləri ilə, "Mərdəkan Dendrarisi" sözləri "Dendrologiya İnstitutu" sözləri ilə, "Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu" sözləri "Fəlsəfə və Hüquq İnstitutu" sözləri ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

7 July 2014, 09:07

http://cabmin.gov.az/

61—70 of 75

10 December 2014, 10:12

H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation   more...

10 December 2014, 10:12

H.E. Mr. Boni Yayi, President of the Republic of Benin   more...

10 December 2014, 10:12

His Majesty Philippe, the King of Belgium   more...

10 December 2014, 10:12

His Majesty Mohammed VI, the King of Morocco   more...

10 December 2014, 10:12

H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru   more...

10 December 2014, 10:12

H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

10 December 2014, 10:12

H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia   more...

10 December 2014, 10:12

H.E. Mr. Xi Jinping, President of the People's Republic of China   more...

10 December 2014, 10:12

H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union   more...

10 December 2014, 09:12

His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran   more...