Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 199
Bakı şəhəri, 25 iyun 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №12, maddə 1117; 2011, №9, maddə 853; 2013, №7, maddə 883, №10, maddə 1232; 2014, №1, maddə 57) ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə" bölməsindən sonra aşağıdakı məzmunda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üzrə" bölməsi əlavə edilsin:
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üzrə |
|||
1. |
Silahlı Qüvvələrin Hərbi Akademiyası |
fəlsəfə doktoru üzrə |
elmlər doktoru üzrə |
1.2. "Azərbaycan Milli Elmlər Akademiyası üzrə" bölməsində "Ə.Hüseynov adına Kibernetika İnstitutu" sözləri "İdarəetmə Sistemləri İnstitutu" sözləri ilə, "Akad. M.Nağıyev adına Kimya Problemləri İnstitutu" sözləri "Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu" sözləri ilə, "Geologiya İnstitutu" sözləri "Geologiya və Geofizika İnstitutu" sözləri ilə, "Mərdəkan Dendrarisi" sözləri "Dendrologiya İnstitutu" sözləri ilə, "Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu" sözləri "Fəlsəfə və Hüquq İnstitutu" sözləri ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
7 July 2014, 09:0710 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...