Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015‒2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda və 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017‒2021-ci illərdə” Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 42; 2019, № 5, maddə 899) ilə təsdiq edilmiş “2015‒2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.2.3-cü yarımbənddə “alimlər” sözü “alim və tədqiqatçılar” sözləri ilə əvəz edilsin;
1.2. 5.2.16-cı yarımbənddə “alimləri” sözü “alim və tədqiqatçıları” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1689; 2018, № 5, maddə 1066; 2019, № 6, maddə 1085) ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017‒2021-ci illərdə” Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 5.10.2-ci yarımbəndin “Tədbirin adı” sütununa “alim” sözündən sonra “, tədqiqatçı” sözü əlavə edilsin;
2.2. 5.10.3-cü və 5.10.5-ci yarımbəndlərin “Tədbirin adı” sütununda “alimlərin” sözü “alim və tədqiqatçıların” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2020-ci il.
1 April 2020, 23:0428 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...